ABŞ-da borc limiti danışıqlarında irəliləyiş əldə olunduğu bildirilir
Borc limiti ilə bağlı açıqlama verən ABŞ prezidenti Co Bayden Nümayəndələr Palatasının sədri Kevin Makkarti ilə bir neçə məhsuldar görüş keçirdiklərini, danışıqları davam etdirdiklərini və bir sıra məqamlarda irəliləyiş əldə olunduğunu bildirib.
Ölkənin defoltunun bir seçim olmadığı ilə razılaşdıqlarını təkrarlayan Bayden, borc limiti ilə bağlı yeganə yolunun ikitərəfli razılaşma olduğunu söyləyib.
Borc limiti problemində uzlaşmaya nail olunub-olunmayacağına dair əminliyinin olmadığını deyən MakKarti, dünənki danışıqlarda irəliləyiş əldə olunduğunu bildirib.
Borc limiti ilə bağlı danışıqlarda iştirak edən Respublikaçı təmsilçi Qarret Qreyves bu gün borc limiti razılaşmasına nail olmağın çətin olduğunu qeyd edib. Digər bir respublikaçı təmsilçi Patrik MakHenri də yaxın günlərdə razılaşmanın əldə olunacağını düşünmədiyini, lakin həll edilməmiş məsələlərin siyahısının azaldığını açıqlayıb.
ABŞ Federal Ehtiyatlar Sistemi (FED) rəsmilərinin açıqlamalarını izləyərkən, Boston Fed sədri Suzan Kollins, faiz artımındakı fasilənin onlara bu günə qədər yürütdükləri monetar siyasəti qiymətləndirmək fürsəti verəcəyini və Bankın müəyyən bir nöqtədə və ya tezliklə fasilə verə biləcəyini ifadə etdi.
Bu gün isə Amerikada açıqlanacaq şəxsi və təsərrüfatlarında xərclərə dair inflyasiya göstəricilər birjalarda ciddi olaraq izləniləcək. Həmçinin İngiltərədə Pərakəndə Satış Dövriyyəsinin Həcmi ilə bağlı dərc olunacaq rəqəmlər investorların diqqət mərkəzində olacaq.
Amerikada günü-gündən artan defolt qorxularının “cash” dollara tələbi artırması fonunda qızıl ucuzlaşsa da, artan resessiya ehtimalları “güvənli liman”a tələbin artmasına səbəb olub. Odur ki, qızılın 4 saatlıq qrafikinə nəzər yetirdikdə, eniş tendensiyasının divergensiya ilə müşahidə edildiyini görərik. Bu səbəbdən də satış əməliyyatları zamanı ehtiyyatlı olmaq tövsiyyə olunur.
Məlumat İnvestAz İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
AMFA COP31 çərçivəsində Antalyada iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsinə dair seminar keçirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
5 d. əvvəl
Operatorlar vasitəsi ilə taksi xidməti göstərənlərdən vergi tutulacaq
- 8 d. əvvəl
- 9 d. əvvəl
-
12 d. əvvəl
Çipsinin hər kiloqramına görə 1 manat aksiz vergisi tətbiq ediləcək
- 13 d. əvvəl
-
14 d. əvvəl
Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır
- 26 d. əvvəl
-
28 d. əvvəl
Baytarlıq şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu ləğv edilir
-
45 d. əvvəl
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
Sosial müavinətlər artırılacaq
Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır
Ən çox oxunanlar
























