“Ziraat Bank Azərbaycan”ın rəhbərliyinə yeni təyinat olub
(®) Dünyanın bir çox ölkəsində fəaliyyət göstərən “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsi olan Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına səhmdarlarının qərarı ilə yeni təyinat olub.
Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, dövri yerdəyişmələr nəticəsində“Ziraat Bank Azərbaycan”-ın Müşahidə Şurasının üzvləri Altan Gülər və Fuat Yılmaz Yıldız öz vəzifələrini Korcan Şahin və Sedat Yılmaza təhvil verib. Korcan Şahin peşəkar karyerasına 1999-cu ildən başlayıb.
Uzun illərdir T.C. “Ziraat Bankası”-nda müxtəlif departamentlərdə çalışan Korcan Şahin, hazırda sözügedən bankda Pərakəndə Kreditlərin Ayrılması və İdarə Olunması departamentinin rəhbəri vəzifəsində çalışır və bank sahəsində olduqca zəngin təcrübəyə malikdir.
“Ziraat Bank Azərbaycan”ın Müşahidə Şurasının digər yeni üzvüSedat Yılmaz isə peşəkar karyerasına 2005-ci ildən başlayıb. Hal hazırda T.C. “Ziraat Bankası”-nda Filial Əməliyyatları departamentinin rəhbəri vəzifəsində çalışan Yılmaz bank sahəsində xüsusilə satış sahəsi üzrə olduqca zəngin təcrübəyə malikdir. Qeyd edək ki, "Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına Dr. İlker Met sədrlik edir.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
AMFA COP31 çərçivəsində Antalyada iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsinə dair seminar keçirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 4 d. əvvəl
- 5 d. əvvəl
-
8 d. əvvəl
Çipsinin hər kiloqramına görə 1 manat aksiz vergisi tətbiq ediləcək
- 9 d. əvvəl
-
10 d. əvvəl
Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır
- 22 d. əvvəl
-
24 d. əvvəl
Baytarlıq şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu ləğv edilir
-
41 d. əvvəl
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
45 d. əvvəl
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Çipsinin hər kiloqramına görə 1 manat aksiz vergisi tətbiq ediləcək
Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır




























