Azərbaycanın onlayn ödəmələr bazarında ən böyük şirkətin gəlirləri və mənfəəti artıb
Azərbaycanın onlayn ödəmələr bazarında ən böyük şirkət "QoldenPey" ASC 2022-ci ili 2 milyon 147 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 1 milyon 411 min manat calis mənfəət ilə bağlamışdı. Beləliklə, "QoldenPey"in xalis mənfəəti 2022-ci ildə 2021-ci illə müqayisədə 737 min manat və ya 52,2% (1,5 dəfə) artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
Marja.az Şirkətin audit olunmuş maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2021-ci ildə "QoldenPey"in gəlirləri 8 milyon 397 min manat ikən, 2022-ci ildə 11 milyon 155 min manata yüksəlib (2 milyon 758 min manat və ya 32,8% artıb).
Ötən il Şirkətin ümumi və inzibati xərcləri 1 milyon 390 min manat olub ki, bu da təxminən 2021-ci il səviyyəsindədir.
31 Dekabr 2022-ci il tarixində "QoldenPey" ASC 6 milyon 626 min manat cəmi aktivlərə malik olub. 31 Dekabr 2021-ci il tarixində Şirkət 4 milyon 159 min manat cəmi aktivlərə malik idi. Ötən il "QoldenPey"in cəmi aktivləri 2 milyon 468 min manat və ya 59,4% artıb.
2007-ci ilin iyul ayında yaranmış "QoldenPay" ASC hesab.az portalını idarə edir.
Müştərilərin xəbərləri
AMFA COP31 çərçivəsində Antalyada iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsinə dair seminar keçirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 4 d. əvvəl
- 5 d. əvvəl
-
8 d. əvvəl
Çipsinin hər kiloqramına görə 1 manat aksiz vergisi tətbiq ediləcək
- 9 d. əvvəl
-
10 d. əvvəl
Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır
- 22 d. əvvəl
-
24 d. əvvəl
Baytarlıq şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu ləğv edilir
-
41 d. əvvəl
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
45 d. əvvəl
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Çipsinin hər kiloqramına görə 1 manat aksiz vergisi tətbiq ediləcək
Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır



























