Birbank taksit kartı sahiblərinə Trendyol-da faizsiz taksit imkanı!
(©) Birbank taksit kartı sahiblərinə Türkiyənin ən məşhur onlayn alış-veriş platformalarından biri olan Trendyol-da (https://trendyol.com) məhsul sifariş edərkən yeni sərfəli kampaniya təqdim edilir.
Şərtlərə görə kart sahibləri istədikləri məhsulu sifariş edərkən 3 aylıq faizsiz taksit imkanından yararlana bilərlər.
Sözügedən alış-veriş saytında və mobil tətbiqində ödəniş edən zaman müştəriyə SMS-bildiriş gələcək və əgər kart sahibi istəsə ödədiyi məbləği 3 ay ərzində bərabər hissələrlə banka qaytara biləcək.
Bu imkandan faydalanmaq üçün minimal ödəniş və əməliyyat sayı tələbi yoxdur. Kampaniya 18 iyun 2023-cü il tarixinədək davam edəcək.
Ətraflı məlumat üçün – https://kbl.az/bbtr3mp.
Qeyd edək ki, bütün Birbank kartlarının həm taksit, həm də debet növü mövcuddur. Birbank Cashback debet kart sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5%-dən 30%-dək, Birbank-da kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlərində isə 1% keşbek qazandırır. Birbank Cashback debet kartları ilə ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur.
Birbank Miles kartları istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. Həmçinin Birbank Miles debet kartları ilə də ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur. Birbank Umico debet kartları ilə isə ay ərzində 4000 manatadək Kapital Bank-a məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır.
Birbank taksit kartları bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi və pulsuz SMS məlumatlandırma xidməti. Birbank kartının ölkə üzrə 11 000-dən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.
Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.
Müştərilərin xəbərləri
AMFA COP31 çərçivəsində Antalyada iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsinə dair seminar keçirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
10 d. əvvəl
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
14 d. əvvəl
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib
-
18 d. əvvəl
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası ®
-
22 d. əvvəl
Rabitəbank Zəfər Günü münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib
-
42 d. əvvəl
Zeekr 001 yenilənir – 496 at gücü və 8 dəqiqəyə sürətli enerji doldurma imkanı
- 51 d. əvvəl
-
1 saat əvvəl
“Toyota”nın avtomobil satışları düşüb, gəlir və satış proqnozlarını azaldıb
-
1 saat əvvəl
Azərbaycan balıq istehsalını 126 faiz artırmağı hədəfləyir – Yeni aqropark yaradılacaq
-
1 saat əvvəl
“FINCA Azerbaijan” Zəfər Günü ərəfəsində keçirilən ağacəkmə aksiyasına qoşulub
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
AMFA COP31 çərçivəsində Antalyada iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsinə dair seminar keçirəcək
Ən çox oxunanlar
Azərbaycan balıq istehsalını 126 faiz artırmağı hədəfləyir – Yeni aqropark yaradılacaq
Qızıl bahalaşır – 1 unsiyasının qiyməti 4130 dolları keçib
Xalq Bank ağacəkmə aksiyasında iştirak edib ®
Azərbaycan neftinin qiyməti düşüb
“Toyota”nın mənfəətində gözlənilməz artım – Səhmləri 15% BAHALAŞDI


























