Taksi fəaliyyəti üçün dövlət rüsumları müəyyənləşir
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün dövlət rüsumu tutulacaq.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən isə yalnız Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün Dövlət rüsumunun tutulduğu hallar sırasında yer alıb.
Eyni zamanda layihəyə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri də müəyyənləşir.
Belə ki, yeni rüsumların aşağıdakı kimi olması təklif edilir:
- Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün- 125 manat
- bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi - 25 manat
- Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi - 250 manat
- hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi - 75 manat
- Taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi - 3000 manat.
Qüvvədə olan qanuna görə isə Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri aşağıdakı kimidir:
Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər | Dövlət rüsumunun məbləği |
24.1. Giriş-çıxış və tranzit gedişinə görə: |
|
24.1.1. Azərbaycan Respublikasının avtomobil daşıyıcılarının başqa ölkələrə getməsi üçün: | |
24.1.1.1. yük avtomobil daşıyıcılarına görə | hər bir icazə üçün 20 ABŞ dolları |
21.1.1.2. sərnişin avtobusları üçün | hər bir icazə üçün 10 ABŞ dolları |
24.7. Beynəlxalq Nəqliyyat Forumunun “İcazə”lərinin (Avropa Nəqliyyat Nazirlər Konfransı”nın jurnallarının) satışına görə: 24.7.1. atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-4 ekoloji normalara uyğun olan yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir il olan “İcazə”lərin (jurnalların) |
hər bir vahidinə görə 500 ABŞ dolları |
24.7.2. atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-5 və daha yüksək ekoloji normalara uyğun olan yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir il olan “İcazə”lərin (jurnalların) 24.7.3. yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir ay olan “İcazə”lərin (jurnalların) | hər bir vahidinə görə 300 ABŞ dolları
hər bir vahidinə görə 100 ABŞ dolları |
Qanun qəbul ediləcəyi təqdirdə 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.
XXX
Sərnişin və yükdaşıma sahəsində hazırlıq keçməyən sürücülərlə müqavilə bağlayanlar 2 min manatadək cərimələnəcək
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması sahəsində xüsusi hazırlıqdan keçməmiş avtonəqliyyat vasitələrinin sürücüləri ilə əmək müqavilələrinin bağlanmasına görə yeni cərimə müəyyənləşir.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin ve yük daşınması sahəsində hazırlıq və xüsusi hazırlıq keçməmiş avtonəqliyyat vasitələrinin sürücüləri ilə əmək müqavilələrinin bağlanmasına görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər iki min manat miqdarında cərimə ediləcək.
Yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər iki min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə ediləcək.
Bu qanun qəbul ediləcəyi təqdirdə 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.
Müştərilərin xəbərləri
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
10 saat əvvəl
Lamborghini tarixinin ən sürətli və ən güclü avtomobilini təqdim etdi – 1050-dən çox at gücü
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
6 ayda 460 min manat zərər – “Zəyəm Texnologiyalar Parkı”nın maliyyə göstəriciləri zəifləyib
-
1 gün əvvəl
7 ayda mobil telefon rabitəsi sahəsində 742 milyon manatlıq xidmət göstərilib
-
1 gün əvvəl
7 ay əvvəl yaradılan investisiya şirkəti kapitalını 62% azaldır
-
1 gün əvvəl
BOKT “International” 15%-lik istiqrazlar ilə 1 milyon manat cəlb edəcək
-
1 gün əvvəl
SOCAR-da faiz yükü böyüyüb – Maliyyə xərcləri 2,7 milyard manata yaxınlaşıb
-
1 gün əvvəl
Bakıda süni intellekt hesablama platforması tikiləcək - İlkin gücü 1 GVt olacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Lamborghini tarixinin ən sürətli və ən güclü avtomobilini təqdim etdi – 1050-dən çox at gücü
Azərbaycan neftinin son qiyməti
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
7 ay əvvəl yaradılan investisiya şirkəti kapitalını 62% azaldır
Avqustun 15-də gözlənilən hava şəraiti
SOCAR-ın xam neft satışından gəlirləri 11,1 milyard manat azalıb
İnvestorlara 15% gəlir təklif olunur - 1 milyon manatlıq istiqrazlar
Anbardan külli miqdarda saxta aksizli içki çıxdı





























