Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib

Azərbaycanda 19 min unsiyadan çox qızıl hasil edili. Qızılın satış qiyməti 4259 dollara çatıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda qızıl, mis və gümüş hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo Asian Mining plc” şirkəti 2026-cı ilin yanvar-sentyabr aylarında 19 min 110 unsiya qızıl istehsal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 198 unsiya və ya 1% çoxdur.

Marja.az xəbər verir ki, bu barədə şirkətin 15 oktyabr 2026-cı il tarixində açıqladığı üçüncü rüb üzrə istehsal və satış hesabatında bildirilir.

Məlumata əsasən, 2025-ci ilin ilk doqquz ayında şirkətin qızıl istehsalı 18 min 912 unsiya təşkil etmişdi.

Üçüncü rübdə qızıl istehsalı cüzi azalıb

2026-cı ilin iyul-sentyabr aylarında “Anglo Asian Mining” 6 min 781 unsiya qızıl istehsal edib. Ötən ilin eyni dövründə bu göstərici 6 min 798 unsiya olmuşdu. Beləliklə, üçüncü rübdə qızıl istehsalı illik müqayisədə 17 unsiya və ya 0,25% azalıb.

Hesabat dövründə hasil edilən qızılın 5 min 582 unsiyası doré ərintisi şəklində, 1199 unsiyası isə flotasiya və SART texnologiyaları vasitəsilə əldə edilib.

Şirkətin 2026-cı ilin ilk yarısında qızıl istehsalı 12 min 329 unsiya təşkil etmişdi. Üçüncü rübdəki istehsal da nəzərə alındıqda, doqquz aylıq göstərici 19 min 110 unsiyaya çatıb. 

Qızılın satış həcmi 11%, orta satış qiyməti 24% artıb

Hesabata əsasən, 2026-cı ilin üçüncü rübündə şirkət 5 min 733 unsiya qızıl külçəsi satıb. 2025-ci ilin eyni dövründə satış həcmi 5 min 181 unsiya təşkil etmişdi. Beləliklə, qızılın satış həcmi 552 unsiya və ya 10,7% artıb.

Qızılın orta satış qiymətində isə daha yüksək artım qeydə alınıb.

2025-ci ilin üçüncü rübündə şirkət qızılı orta hesabla bir unsiyası 3430 dollardan satdığı halda, 2026-cı ilin eyni dövründə orta satış qiyməti 4259 dollara yüksəlib.Beləliklə, qızılın orta satış qiyməti bir ildə 829 dollar və ya 24,2% artıb.

Açıqlanan satış həcmi və orta qiymət əsasında aparılan hesablamaya görə, üçüncü rübdə satılmış qızılın dəyəri təxminən 24,4 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici təxminən 17,8 milyon dollar idi.

Bu isə hesablanmış satış dəyərində təxminən 37,2%-lik artım deməkdir. Göstəricilər şirkətin satış məlumatları əsasında hesablanıb və mühasibat uçotu üzrə tanınmış gəlir kimi təqdim edilmir.

2026-cı ildə 30 min unsiyayadək qızıl istehsalı planlaşdırılır

“Anglo Asian Mining” 2026-cı il üzrə qızıl istehsalı proqnozunu dəyişməyib. Şirkət ilin yekununda 26 min – 30 min unsiya qızıl hasil etməyi planlaşdırır.

Doqquz ayda 19 min 110 unsiya qızıl istehsal edildiyi nəzərə alınarsa, illik proqnozun yerinə yetirilməsi üçün dördüncü rübdə əlavə 6 min 890 – 10 min 890 unsiya qızıl istehsalı tələb olunur.

Bu isə şirkətin dördüncü rübdə istehsal tempini artırmalı olduğunu göstərir, xüsusilə illik proqnozun yuxarı həddinə çatmaq üçün. Şirkət 2026-cı il üzrə bir unsiya qızılın bütün xərclər daxil olmaqla istehsal maya dəyərini (AISC) 1500–1800 dollar səviyyəsində proqnozlaşdırır. 

“Uğur” yatağında hasilat bərpa edilib

Hesabatda bildirilir ki, 2026-cı ilin üçüncü rübündə “Uğur” yatağında mədən işləri yenidən başlanıb. Şirkət yataqda minerallaşmanın qiymətləndirilməsindən sonra hasilat fəaliyyətini bərpa edib. Üçüncü rübdə “Uğur” açıq mədənindən 40 min 374 ton filiz çıxarılıb. Həmin filizdə qızılın orta miqdarı bir ton üçün 0,29 qram təşkil edib. Eyni dövrdə “Gilar” yeraltı mədənindən 227 min 282 ton filiz hasil edilib. Bu filizdə qızılın orta miqdarı bir ton üçün 1,40 qram olub.

Şirkətin Gədəbək üzrə mədənlərindən üçüncü rübdə ümumilikdə 301 min 484 ton filiz çıxarılıb.

Qızıl istehsalında artım məhdud qalıb

Şirkətin doqquz aylıq göstəriciləri göstərir ki, qızıl istehsalında artım cəmi 1% olduğu halda, üçüncü rübdə satış həcmi və satış qiyməti daha sürətlə yüksəlib. Belə ki, üçüncü rübdə qızıl istehsalı 0,25% azalsa da, satış həcmi 10,7%, orta satış qiyməti isə 24,2% artıb. Bu dinamika şirkətin qızıl satışlarının hesablanmış dəyərində artımın əsasən yüksək satış qiymətləri və satış həcminin genişlənməsi hesabına formalaşdığını göstərir.

Qeyd edək ki, “Anglo Asian Mining” Azərbaycanda qızıl və mis hasilatı layihələrini həyata keçirir. Şirkət uzunmüddətli strategiyası çərçivəsində fəaliyyətində mis istehsalının payını artırmağı nəzərdə tutur.

Anglo Asian Mining Anglo Asian Mining 2026 Azərbaycanda qızıl istehsalı qızıl hasilatı qızıl satışı qızılın orta satış qiyməti Gədəbək qızıl yatağı Uğur yatağı Gilar yatağı qızıl istehsalı proqnozu Azərbaycan dağ-mədən sənayesi qiymətli metallar qızıl istehsalının maya dəyəri.
15.10.2026 19:07
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19