970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Fransanın restoran şəbəkəsinin Bakı Ağ Şəhərdə filialı açılacaq

PAUL şəbəkəsi Bakıda genişlənir. Məşhur fransız brendi Ağ Şəhərə gəlir.
AzVak-mobil_resmin_ustu_31
Fransanın restoran şəbəkəsinin Bakı Ağ Şəhərdə filialı açılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fransanın tanınmış restoran və çörəkçilik şəbəkəsi PAUL Bakıda fəaliyyətini genişləndirməyə hazırlaşır. Şirkətin yeni filialı Bakı Ağ Şəhərdə, Fəvvarələr Meydanı Passajında yerləşəcək.

Ərazidəki fotolardan görünür ki, yeni məkanın fasadında PAUL brendinin loqosu və restoran, kafe və çörəkçilik bölmələrinin adları yerləşdirilib. Vitrinlərdəki məlumatlardan filialın açılışa hazırlaşdığı qənaətinə gəlmək olar.

Fasad üzərində yerləşdirilən “Parisdən Ağ Şəhərə – 0 km... tezliklə!” şüarı da brendin yeni məkanının açılışına işarə edir.

Yeni filialın konsepsiyasına restoran, kafe və çörək sexi daxildir. Beləliklə, ziyarətçilərə fransız mətbəxinin yeməkləri, müxtəlif şirniyyatlar, çörək və digər un məmulatlarının təqdim olunacağı gözlənilir.

Qeyd edək ki, 1889-cu ildə Fransanın Lill şəhərində əsası qoyulan PAUL beynəlxalq çörəkçilik və restoran şəbəkəsidir. Brend 2014-cü ildən Azərbaycanda fəaliyyət göstərir. PAUL Azerbaijan-ın Bakı üzrə 11 filialı göstərilir. Filiallar ticarət mərkəzləri, biznes mərkəzləri, şəhər mərkəzi və hava limanı ərazisində yerləşir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

23.11.2026 09:14
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar