Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Mercedes-Benz-in üç yeni modeli Azərbaycanda təqdim olundu – GLE, GLE Coupé və GLS ®17 noyabr tarixində Mercedes-Benz-in Azərbaycandakı rəsmi dileri “Abşeron Avtomobil Mərkəzi” MMC-nin salonunda markanın yeni GLE, GLE Coupé və GLS modellərinin təqdimatı keçirilib.
Mercedes-Benz-in 140 illik innovasiya irsinə həsr olunan tədbirdə şirkət nümayəndələri, media təmsilçiləri və dəvətli qonaqlar iştirak ediblər. Tədbirin açılışında Mercedes-Benz AG-nin Azərbaycandaki rəsmi distributoru “Avtokapital-Azərbaycan” MMC-nin baş müdiri Orxan Hacıyev qonaqları salamlayaraq markanın innovasiya və inkişaf fəlsəfəsindən bəhs edib.
“3 Ulduz. 3 Rəng. 3 Sirr.” konsepsiyası əsasında təşkil olunan təqdimatda üç model fərqli rənglər və xarakterlər vasitəsilə nümayiş etdirilib: liderlik və zərifliyi təcəssüm etdirən Platinum rəngində GLS, güc və balansın simvolu Deep Blue rəngində GLE, dinamika və emosiyanı ifadə edən Deep Red rəngində isə GLE Coupé.
Yeni modellər yenilənmiş eksteryer dizaynı, müasir rəqəmsal texnologiyaları, təkmilləşdirilmiş MBUX multimedia sistemi və yüksək komfort imkanları ilə diqqət çəkib.
Artıq yeni Mercedes-Benz GLS, GLE və GLE Coupé modelləri Abşeron Avtomobil Mərkəzinin salonunda nümayiş olunur. Avtomobil həvəskarları modellərlə yaxından tanış ola və onların yeniliklərini kəşf edə bilərlər.
Heydər Əliyev pr., 191
*8885
Mercedes-Benz — 140 illik innovasiya irsi və gələcəyin avtomobil dünyası.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
6 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
8 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 9 saat əvvəl
-
9 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb





















