970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Husilər Səudiyyə Ərəbistanında neft emalı zavodunu vurduqlarını bildiriblər, Tramp İrana yeni zərbələr barədə xəbərdarlıq edib

Husilər “Petro Rabigh”i vurduqlarını deyir – Səudiyyə koalisiyası dronu məhv etdiyini açıqlayıb. Razılaşma olmasa, ABŞ 2027-ci ildə İrana yenidən zərbə endirə bilər – Trampdan xəbərdarlıq
iç səhifə xəbər başlığı altı (mobil)_31
Husilər Səudiyyə Ərəbistanında neft emalı zavodunu vurduqlarını bildiriblər, Tramp İrana yeni zərbələr barədə xəbərdarlıq edib
iç səhifə xəbər şəkil altı (mobil)_32

İranın dəstəklədiyi Yəmən husiləri noyabrın 22-də Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahilində yerləşən Rabiğ neft emalı zavoduna birbaşa zərbə endirdiklərini bildiriblər. Zərbənin zavoda dəydiyi müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Mümkün ziyanın miqyası barədə məlumat yoxdur.

Marja.az xəbər verir ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya həmin gün daha əvvəl husilərin krallığın qərbinə doğru göndərdiyi pilotsuz uçuş aparatını havada məhv etdiyini açıqlayıb. Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi CNBC-nin zavodla bağlı sorğusuna dərhal cavab verməyib.

Rabiğdə “Saudi Aramco” və Yaponiyanın “Sumitomo Chemical” şirkətlərinin birgə layihəsi olan “Petro Rabigh” neft emalı və neft-kimya kompleksi yerləşir.

Körfəzdə tankerlərlə bağlı yeni insidentlər

Bəhreyn hakimiyyətinin məlumatına görə, noyabrın 21-də İranın mülki sənaye obyektinə hücumu nəticəsində iki nəfər yaralanıb. Həmin gün iki tanker də mənşəyi müəyyən edilməyən mərmilərin zərbəsinə məruz qalıb. Ertəsi gün Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi (UKMTO) Oman körfəzində tanker və hərbi qüvvələrin iştirakı ilə daha bir insident barədə məlumat yayıb. Qurum hadisənin təfərrüatlarını açıqlamayıb.

ABŞ və İsrailin fevralın sonunda İranla başlayan müharibəsi Hörmüz boğazından enerji daşımalarında fasilələrə səbəb olub. Müharibədən əvvəl dünyada daşınan xam neftin təxminən beşdə biri bu boğazdan keçirdi.

Tramp razılaşma şərtini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp noyabrın 21-də “Fox News”a müsahibəsində bildirib ki, Vaşinqton və Tehran razılığa gələ bilməsələr, 2027-ci ildə İrana yeni hərbi zərbələr endirilməsi barədə göstəriş verməyə meyillidir. Tramp İran rəsmilərini danışıqları uzatmaqda ittiham edib və ABŞ-dakı seçkilərdən sonra Tehranın daha sərt mövqe tutduğunu deyib.

Vaşinqton və Tehran arasında dolayı təmaslar Qətərin vasitəçiliyi ilə davam edir. İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi noyabrın 21-də Qətər nümayəndə heyəti ilə iki saatlıq görüşdən sonra bildirib ki, Tehran diplomatiyaya daha bir fürsət verilməsi imkanını vasitəçilərlə müzakirə edir.

Noyabrın 23-də Asiya bazarlarında səhər ticarətində neft cüzi bahalaşıb. Bakı vaxtı ilə 09:30-a olan məlumata görə, “Brent” markalı neftin fyuçers qiyməti 0,3 faiz artaraq bir barel üçün 92,86 dollara, ABŞ-nin WTI markalı neftinin qiyməti də 0,3 faiz artaraq 83.70 dollara yüksəlib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Yəmən husiləri Səudiyyə Ərəbistanı Rabiğ neft emalı zavodu Petro Rabigh Saudi Aramco Donald Tramp ABŞ və İran danışıqları Qətərin vasitəçiliyi Hörmüz boğazı Oman körfəzi neft tankerləri Brent neftinin qiyməti WTI neftinin qiyməti
23.11.2026 09:48
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar