970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib

AzVak-mobil_resmin_ustu_31
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
iç səhifə xəbər şəkil altı (mobil)_32

PAŞA Bank 12 noyabr 2026-cı il tarixində Türkiyənin Antalya şəhərində keçirilən COP31 beynəlxalq iqlim konfransı çərçivəsində təşkil olunan yüksək səviyyəli dialoqda iştirak edib. Azərbaycan Pavilyonunda baş tutan tədbirdə yaşıl sənayeləşmə, enerji keçidi və iqlimə davamlı infrastruktur layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə olunub.

“İqlim öhdəliklərindən rəqabətqabiliyyətli və investisiya üçün cəlbedici layihələrə doğru” mövzusunda keçirilən tədbir dövlət qurumlarının, beynəlxalq təşkilatların, maliyyə institutlarının və özəl sektorun nümayəndələrini bir araya gətirib. Dialoq iqlim hədəflərinin real investisiya layihələrinə çevrilməsi və bu istiqamətdə əməkdaşlıq imkanlarının genişləndirilməsinə həsr olunub.

Reklam_3_11

Tədbirin enerji tərəfdaşlıqları və iqlimə davamlı infrastrukturun maliyyələşdirilməsinə həsr olunan ikinci sessiyasında PAŞA Bankın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev çıxış edib.

Bəhruz Nağıyev çıxışında bankların enerji və infrastruktur layihələrinə erkən mərhələdən cəlb olunmasının vacibliyini vurğulayıb: “İqlim hədəflərinin real layihələrə çevrilməsində bankların mühüm rolu var. Maliyyə institutlarının layihələrə hələ planlaşdırma mərhələsində qoşulması maliyyələşdirmə şərtlərini və tələblərini əvvəlcədən müəyyənləşdirməyə, layihələrin maliyyə strukturunu daha düzgün qurmağa imkan verir. Bu yanaşma maliyyəyə əlçatanlığı asanlaşdırır”.

Sessiyada həmçinin layihələrin maliyyə dayanıqlığı, risklərin bölüşdürülməsi, uzunmüddətli maliyyələşdirmə imkanları və bizneslə maliyyə institutları arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Panel müzakirəsində PAŞA Bankla yanaşı, ACWA Power, DZ BANK AG, Fortescue, Qazaxıstan İnkişaf Bankı, SOCAR, Baker Hughes və digər yerli və beynəlxalq qurumların rəhbər şəxsləri də çıxış ediblər.

Dayanıqlı maliyyələşdirmə PAŞA Bankın strateji prioritetlərindən biridir. Bank bərpa olunan enerji və iqlimə davamlı infrastruktur layihələrinin maliyyələşdirilməsini dəstəkləyir, yaşıl iqtisadiyyata keçidə töhfə verən tərəfdaşlıqların inkişafına önəm verir.

23.11.2026 11:51
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar