Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İtaliya SOCAR-a təşəkkür etdi: “Vətəndaşlarımız yanacağı daha ucuz alırlar”

SOCAR-ın qərarı İtaliyada sürücülərin yanacaq xərclərini azaldıb. İtaliya hökuməti SOCAR-ın yanacaq qiymətləri ilə bağlı qərarını yüksək qiymətləndirib. “İtalyanlar yanacağa daha az pul ödəyirlər” – Nazir SOCAR-ı tərifləyib. “Bu dostluğu unutmayacağıq”
iç səhifə xəbər başlığı altı (mobil)_31
İtaliya SOCAR-a təşəkkür etdi: “Vətəndaşlarımız yanacağı daha ucuz alırlar”
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İtaliyanın yanacaqdoldurma məntəqələrində (YDM) benzin və dizel yanacağı üçün maksimal qiymət həddini müəyyən etmək qərarı ölkənin yanacaq bazarına müsbət təsir göstərib.

Bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani Bakıda Azərbaycan-İtaliya biznes-forumunda bildirib.

Reklam_3_11

"Benzin və dizel yanacağının qiymətlərinin səviyyəsinin ən son həddinin müəyyən edilməsi barədə qərara görə SOCAR-a təşəkkür etmək istəyirəm. Bu, İtaliya vətəndaşlarına yanacaqdoldurma məntəqələrində yanacaq üçün daha az pul ödəməyə imkan verib. Biz bu addımı yüksək qiymətləndirdik. Mən bunu nazirə, eləcə də SOCAR nümayəndələrinə bir daha bildirdim. Bizim üçün bu, sadəcə olaraq iqtisadi siyasət sahəsində bir siqnal deyil, həm də unutmayacağımız bir dostluq təzahürüdür", - o deyib.

A.Tayani əlavə edib ki, hazırkı çətin beynəlxalq şəraitdə irəliləmək və maneələri dəf etmək qətiyyətini qoruyub saxlamaq lazımdır:

"Azərbaycanlı dostlarımızı əmin edə bilərəm ki, İtaliya yüksək keyfiyyətli məhsullar ixrac edir. İtaliya mallarını almaqla, siz öz vətəndaşlarınıza ən yüksək səviyyəli məhsullar təqdim edirsiniz. Bu, ixracımızla bağlı verə biləcəyimiz ən yaxşı zəmanətdir".

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© "Report"

SOCAR İtaliya Antonio Tayani SOCAR İtaliya benzin qiymətləri dizel yanacağı yanacaq qiymətləri yanacaqdoldurma məntəqələri Azərbaycan İtaliya biznes forumu Azərbaycan Dövlət Neft Şirkəti
23.11.2026 12:25
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar