Azərbaycanın gəmiçilik tarixində bir ilk - ən çox yükgötürmə qabiliyyyətinə malik tanker istismara verildi
Azərbaycanın gəmiçilik tarixində bir ilk olub. Belə ki, indiyə qədər Donanmamızda istismar olunan ən çox yükgötürmə qabiliyyyətinə ( dedveyt) malik tankerlərdən -13.000 tonluq tankerlərdən 10 dəfə çox dedveyti olan gəmi istismara verilib. Beynəlxalq sularda üzəcək tankerə “Şuşa” adı verilib. Tanker SOCAR-ın, eləcə də digər sifarişçilərin xam neft yükünün daşınmasını həyata keçirəcək. Tanker “ASCO istiqrazları”ndan cəlb olunan vəsait ilə alınıb.“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) fəaliyyət coğrafiyasının genişləndirilərək Xəzərdən kənar hövzələrdə yükdaşıma potensialının artırılması istiqamətində daha bir mühüm layihə icra olunub.
QSC-nin yaydığı məlumatda bildirilir ki, layihə çərçivəsində SOCAR və ASCO-nun Müşahidə Şurasının razılığı ilə paritet əsaslarla “SA Maritime AFEZCO” (Oxunuşu Es Ey meəritaym Afezko) Birgə Müəssisəsi yaradılaraq Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçirilib.
Birgə Müəssisə bazar araşdırmaları nəticəsində ilkin olaraq 2-si üçüncü tərəfə və 1-i SOCAR-a məxsus olmaqla, hər birinin dedveyti (yəni, ümumi yükgötürmə qabiliyyəti) təxminən 115,000 tona malik 3 “Aframax” tipli tankerin alınması üzrə müvafiq işlər aparıb.
“Aframax” tipli tankerləri Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçmiş ASCO-nun 100% törəmə müəssisəsi olan “ASCO Ship Management AFEZCO” şirkəti idarə edəcək. Bu şirkət aparıcı beynəlxalq tələblərə uyğun xidmətlər göstərməklə, idarəetməsindəki gəmi sayını artırmağı, üçüncü tərəflərə məxsus digər gəmilərin də idarəetməsini təmin etməyi və fəaliyyətini genişləndirməyi nəzərdə tutur.
İndiyədək Azərbaycan gəmiçilik tarixində istismar edilən ən böyük tanker 13,000 ton dedveytə malik olub. Beləliklə, həmin gəmilərdən təxminən 10 dəfə böyük olan “Aframax” tipli tankerlərin alınması ilə Azərbaycan gəmiçiliyi yeni dövrə qədəm qoyub.
"Respublikamız üçün strateji əhəmiyyətə malik bu layihə neft sənayemizin beynəlxalq dəyər zəncirinə də töhfə verəcək. “Aframax” tipli tankerlər Xəzərdən kənarda fəaliyyət göstərməklə, SOCAR-ın, eləcə də digər sifarişçilərin xam neft yükünün daşınmasını həyata keçirəcək.
Son illərdə inşa edilən əksər gəmilərə ölkə rəhbərinin müvafiq tövsiyə və tapşırıqlarına uyğun respublikamızın füsunkar bölgələrinin adları verilir. Xüsusilə də Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qalib Azərbaycan Ordusu tarixi torpaqlarımızı işğaldan azad etdikdən sonra yeni gəmilər Qarabağ və Şərqi Zəngəzur bölgələrinə aid toponimlərlə adlandırılır. Birgə layihə çərçivəsində istismara qəbul edilən “Aframax” tipli tankerlər də məhz ölkə başçısının qərarı ilə Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb edən tarixi torpaqlarımızın şərəfinə “Qarabağ”, “Şuşa” və “Zəngəzur” adlarını daşıyacaq",- məlumatda bildirilir.
15 iyun 2023-cü ildə , Milli Qurtuluş Günündə ölkəmizin hüdudlarından xeyli uzaqda – Sinqapurda “ASCO Ship Managment AFEZCO” şirkətinin idarəetməsinə qəbul edilən “Aframax” tipli tankerlərdən birincisində – “Şuşa” gəmisində üçrəngli bayrağımızın qaldırılması və tankerin istismara verilməsi mərasimi keçirilib.
Mərasimində çıxış edən ASCO sədri Rauf Vəliyev bildirib ki, Azərbaycan gəmiçiliyinin bu gün yeni dövrə qədəm qoya bilməsi Ulu Öndər Heydər Əliyevin zamanında gəmiçilik sahəsinə göstərdiyi dəstəyin, bu sahədə uzaqgörən və strateji baxışının məntiqi davamıdır. O, istər Azərbaycana rəhbərlik etdiyi, istərsə də SSRİ-nin Ali Rəhbərliyində işlədiyi dövrlərdə gəmiçiliyin inkişafı, o cümlədən həmin dövrdə ayrı-ayrılıqda fəaliyyət göstərən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və Xəzər Dəniz Neft Donanmasının tərkibinin çoxlu sayda müxtəlif təyinatlı yeni gəmilərlə zənginləşdirilməsi istiqamətində böyük işlər görüb. Bu gəmilər müstəqilliyimizin ilk və çətin illərində iqtisadiyyatın inkişafında, “Əsrin Müqaviləsi”, eləcə də digər dəniz neft və qaz layihələrinin müvəffəqiyyətlə icrasında əvəzsiz rol oynayıb.
ASCO-nun sədri vurğulayıb ki, hazırda Prezident İlham Əliyev müasir nəqliyyat, o cümlədən gəmiçilik siyasətini layiqincə davam etdirir. Məhz, “Aframax” tipli tankerlərin alınması da dövlət başçısının birbaşa dəstəyi və diqqəti ilə mümkün olub.
Rauf Vəliyev qeyd edib ki, “Heydər Əliyev İli” elan olunan 2023-cü il Azərbaycan dənizçiləri üçün çox əlamətdardır. Belə ki, dənizçilərimiz bu il Ulu Öndərin 100, Azərbaycan gəmiçiliyinin 165 və cənab Prezident İlham Əliyevin sərəncamı ilə yenidən təşkil edilən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yaranmasının 10 illik yubileyini qeyd edirlər. Belə bir əlamətdar ildə istismara verdiyimiz məhdudiyyətsiz üzmə imkanlarına malik olan, Azərbaycanın tarixi torpaqlarının adlarını daşıyan və milli bayrağımız altında üzəcək bu gəmilər dünya sularında ölkəmizi qürurla təbliğ edəcək və Vətənimizin simvoluna çevriləcək.
Sədr əlavə edib ki, bir müddət əvvəl yerli bazarda uğurla buraxılan “ASCO istiqrazları”ndan cəlb olunan vəsait sözügedən “Aframax” tipli gəmilərin alınması layihəsi üzrə ASCO-nun payının maliyyələşdirilməsinə yönləndirilib.
Daha sonra Dövlət Himninin sədaları altında gəmidə üçrəngli bayrağımız qaldırılıb. ASCO sədri gəmi kapitanına Qarabağ və Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya aid suvenirlər təqdim edib.
Qeyd edilib ki, layihə çərçivəsində alınan digər iki “Aframax” tipli tanker – “Qarabağ” və “Zəngəzur” tankerlərinin də Xəzərdən kənarda istifadəyə verilməsi işləri tamamlanmaq üzrədir. Gəmilər yaxın həftələrdə növbəli şəkildə istismara veriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
4 saat sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
2 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
13 saat əvvəl
Bakıda 49 mərtəbəli, 185 metrlik “Gilavar” kompleksi və 90 metrlik qüllə
-
13 saat əvvəl
Bakıda Böyükşor gölünün ətrafı dəyişəcək - Ərəb şirkəti inkişaf planını açıqladı
-
13 saat əvvəl
Prezidentə Bakıda yeni yaşayış kompleksləri və iri tikinti layihələri təqdim olundu
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi ®
-
13 saat əvvəl
Ziraat Bank Azərbaycan “Zəfər Günü” münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib ®
-
14 saat əvvəl
Bakıda və bəzi bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Prezidentə Bakıda yeni yaşayış kompleksləri və iri tikinti layihələri təqdim olundu
İldə 4 ton şərab istehsal edən ailə təsərrüfatına dəstək göstərilib - “Mistika”nın istehsalı genişləndiriləcək
Ən çox oxunanlar
Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Azərbaycanda Google Ads Google Ads Sales Representative: yerli təcrübə və biznes üçün yeni imkanlar
“Şərəf” ordeni ilə təltif edildi
Havanı çirkləndirən müəssisələrə nəzarət gücləndiriləcək – Prezidentdən yeni Sərəncam
Avrozonada inflyasiya son 3 ilin ən yüksək səviyyəsinə çatıb – Yeni faiz artımı gözlənilir


























