Qaz neft qədər Azərbaycana gəlir gətirməyə başlayıb - 5 AYDA 7,1 MİLYARD DOLLAR
2023-cü ilin ilk 5 ayı ərzində Azərbaycandan xam neft ixracının dəyəri 7,2 milyard dollar, təbii qaz ixracının dəyəri isə 7,1 milyard dollar təşkil edib.2023-cü ilin ilk 5 ayı ərzində Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə 14 milyard 648 milyon 531 min dollarlıq mallar ixrac edilib. Ötən ilin eyni dövründə bu malların ixracı 14 milyard 228 milyon 442 min dollar təşkil etmişdi.
Marja Dövlət Gömrük Komitəsinə istindən xəbər verir ki, 2023-cü ilin ilk 5 ayı ərzində 7 milyard 220 milyon 253 min dollar dəyərində xam neft, 7 milyard 103 milyon 82 min dollar dəyərində təbii qaz ixrac edilib. 2022-ci ilin ilk 5 ayı ərzində 8 milyard 58 milyon 720 min dollarlıq xam neft, 5 milyard 994 milyon 793 min dollarlıq təbii qaz ixrac edilmişdi.
Beləliklə, xam neft ixracının dəyəri azalıb, təbii qaz ixracının dəyəri artıb. Diqqəti cəlb edən təbii qaz ixracının dəyərinin xam neft ixracının dəyərinə yaxınlaşmasıdır.
2023-cü ilin ilk 5 ayı ərzində Azərbaycandan neft-qaz sektoruna daxil olmayan mallar üzrə ixracın statistik dəyəri 1 milyard 465 milyon 801 min dollar təşkil edib. Ötən ilin eyni dövründə bu mallar üzrə ixracın dəyəri 1 milyard 188 milyon 67 min dollar təşkil etmişdi.
Neft-qaz sektoruna daxil olmayan mallar üzrə ixracın 313 milyon 898 min dollarını elektrik enerjisi ixracı təşkil edib.
2023-cü ilin ilk 5 ayı ərzində Azərbaycanın cəmi ixracı 16 milyard 114 milyon 332 min dollar məbləğində olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 1 saat sonra
-
- 9 d. əvvəl
- 20 d. əvvəl
- 34 d. əvvəl
-
50 d. əvvəl
Kreml yanacaq idxal edəcəyi ölkələrin adını gizli saxlayacaq
-
56 d. əvvəl
Alüminiumun qiymətində 2008-ci ildən bəri ən kəskin aylıq ucuzlaşma
-
1 saat əvvəl
"Avtoicbari sığortası üzrə hər il 100-120 milyon manat təzminat ödənilir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“Sea Breeze Yay Rəqs Müsabiqəsi – 2026” uğurla başa çatıb
Yapon yeni 1986-cı ildən bəri ən aşağı səviyyəyə düşüb
Alüminiumun qiymətində 2008-ci ildən bəri ən kəskin aylıq ucuzlaşma
Ən çox oxunanlar
100 manatlıq 1 istiqraz üzrə investor illik 16 manat faiz gəliri əldə edəcək - 2 milyon manatlıq yeni istiqraz
İyulun 1-də gözlənilən hava şəraiti
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış























