Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Xarici elektron pul təşkilatının yerli filialının lisenziyalaşdırılması qaydası müəyyənləşir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xarici elektron pul təşkilatının yerli filialının lisenziyalaşdırılması qaydası müəyyənləşir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialının lisenziyalaşdırılması qaydası müəyyənləşir.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialına lisenziya verilməsi üçün Mərkəzi Banka aşağıdakı sənədlər təqdim edilir:

- xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının nizamnaməsinin, habelə xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialının əsasnaməsinin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq təsdiq edilmiş surəti;

- filialın yaradılması və filial rəhbərinin təyin edilməsi haqqında xarici ödəniş təşkilatının və ya xarici elektron pul təşkilatının səlahiyyətli orqanı tərəfindən qəbul edilmiş qərarın surəti;

- qeydiyyata alındığı xarici ölkədə əldə edilmiş ödəniş təşkilatının və elektron pul təşkilatının lisenziyasının və ya ödəniş təşkilatı və elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququnu təsdiq edən sənədin surəti;

- xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının son maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və auditor rəyi;

- xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialına ayrılmış vəsaitin müəyyən edilmiş minimum miqdardan az olmamasını təsdiqləyən sənəd;

- filialın rəhbərinin tələblərə uyğunluğunu təsdiqləyən sənədlərin notariat qaydasında və ya “İnzibati icraat haqqında” qanuna uyğun olaraq təsdiq edilmiş surətləri;

- xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özünün məsuliyyət daşıması öhdəliyini təsdiq edən sənəd;

- xarici ödəniş təşkilatının və elektron pul təşkilatının mühüm iştirak payına malik olan şəxslərin payı göstərilməklə siyahısı.

Xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialının həyata keçirəcəyi ödəniş xidmətləri xarici ödəniş təşkilatının və elektron pul təşkilatının həyata keçirdiyi və bu qanunda nəzərdə tutulan ödəniş xidmətləri ilə məhdudlaşır. Xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialının açılması üçün lisenziyanın verilməsi ilə bağlı müraciətə baxılması və lisenziyanın verilməsi bu qanunda müəyyən edilmiş qaydada həyata keçirilir.

Xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının maliyyə vəziyyəti xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialının təhlükəsiz fəaliyyəti baxımından qeyri-qənaətbəxş olduqda və xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının ölkəsinin qanunvericiliyi ilə həmin təşkilatın fəaliyyəti üzərində Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğuna bərabər və ya ondan daha ciddi nəzarət rejimi müəyyən edilmədikdə və ya həmin ölkənin nəzarət orqanları qarşılıqlı əməkdaşlıqdan imtina etdiyinə görə Mərkəzi Bankın öz funksiyalarını həyata keçirməsi mümkün olmadıqda Xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialının açılması üçün lisenziya verilməsindən Mərkəzi Bank imtina edir.

Ödəniş xidməti təchizatçıları ödəniş xidmətlərinin həyata keçirilməsi zamanı xarici ödəniş xidməti təchizatçısı və xarici operatorla müqavilə bağlaya bilər, bu şərtlə ki, xarici ödəniş xidməti təchizatçısı və xarici operatorun qeydiyyatda olduğu ölkənin qanunvericiliyinə uyğun olaraq müvafiq lisenziyası (icazəsi) olsun və (və ya) fəaliyyəti üzərində nəzarət, o cümlədən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində fəaliyyətinə nəzarət həyata keçirilsin.

Ödəniş xidməti təchizatçısı xarici ödəniş xidməti təchiztaçısı və ya xarici operator ilə bağlanılmış müqavilə, habelə müqaviləyə xitam verilməsi barədə müqavilə bağlanıldığı və ya xitam verildiyi tarixdən 5 (beş) iş günündən gec olmayaraq Mərkəzi Bankı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu) məlumatlandırır.

22.06.2023 11:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ