Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

iç səhifə xəbər başlığı altı (mobil)_31
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

 

EUR

Foreks bazarlarında EUR/USD məzənnəsinin cari ilin əvvəlindən etibarən başlatdığı artım trendi, gələcək günlər ərzində sürətli eniş dalğası ilə əvəzlənə bilər. Belə ki, keçən həftə 1.1684$-a kimi bahalaşan avro/dollar valyuta cütlüyünün qiyməti, 1.17$-ın altında qalmağa davam edərsə, yenidən 1.1370$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

 

Avrozonanın makro iqtisadi göstəricilərinin zəifləməsi, avroya təzyiq edən amillər olacaqdır.

 

Məzənnəyə güclü təsiri baxımından isə bu gün Bakı vaxtı ilə saat 12:00, çərşənbə günü saat 22:00 və cümə günü saat 16:30-da müvafiq olaraq yayımlanacaq, Avrozonanın istehsal və xidmət sektorlarında biznes aktivliyi indeksləri, Amerika Mərkəzi Bankının (FED) faiz qərarı və ABŞ-ın ikinci rüb üzrə iqtisadi inkişaf səviyyəsi ilə bağlı statistik məlumatlar bu həftə investorların diqqət mərkəzində olan hadisələrdir.

 

GBP

 

GBP/USD valyuta cütlüyü qiyməti isə keçən həftə 1.2932$-a kimi ucuzlaşdıqdan 1.5% ucuzlaşdıqdan sonra 0.7% bahalaşıb. Qiymət üzrə texniki təhlillər onu göstərir ki, hal-hazırda 1.3014$-a ticarət edilən qiymət, yenidən 1.2932$-a kimi ucuzlaşarsa, eniş dalğası 1.2857$-a kimi də davam edə bilər. Bununla yanaşı, çərşənbə günü saat 12:30-da açıqlanacaq, İngiltərənin ikinci rüb üzrə iqtisadi inkişaf səviyyəsi ilə bağlı statistik rəqəmlər də funt/dollar qiymətinə güclü təsir edəcəkdir.

 

TRY

Türkiyə maliyyə bazarlarında da Türk lirəsi qiymətinin 3.55TL-ə kimi bahalaşa biləcəyi proqnozlaşdırılır. Eyni zamanda, cümə axşamı Bakı vaxtı ilə saat 15:00-da açıqlanacaq, Türkiyə Mərkəzi Bankının monetar siyasəti ilə bağlı qərarı da investorların diqqət mərkəzindədir.

 

OIL

Enerji bazarlarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti keçən həftə 50.06$-a kimi bahalaşdıqdan sonra 47.68$-a kimi korreksiya edib. Təhlillərə əsasən, Brent neftinin qiyməti üzrə korreksiya 46.46$ və 43.96$-a kimi davam etdikdən sonra yenidən 52.12$ və 53.40$-a kimi bahalaşa bilər.

Neft bazarlarında təklifin tələbi üstələməsi, ilin əvvəlindən etibarən neft qiymətlərinə mənfi təsir etsə də, iyul ayında Amerikanın neft ehtiyatlarında azalma dinamikasının güclənməsi, tələbin daha da artmasına işarədir.

 

GOLD

 

Əlvan metallar bazarlarında qızıl qiymətləri keçən həftə ərzində 1257$-a (40.3 $/qram) kimi bahalaşıb. Lakin yenidən 1237$ (39.7 $/qram) və 1225$-a (39.3 $/qram) kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

 

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

 

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti

 

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

 


 

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

 

24.07.2017 07:48

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ