“AzerGold” Daşkəsən layihəsi çərçivəsində İtaliyanın tanınmış “Danieli” şirkəti ilə danışıqlar aparıb
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov iyulun 24-də İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri ilə görüşüb.
Görüşdə Azərbaycan-İtaliya münasibətlərinin zəngin tarixə malik olduğunu, dostluq və qarşılıqlı hörmətə əsaslandığını qeyd edən Z.İbrahimov iki ölkə arasında bütün sahələrdə olduğu kimi, iqtisadi əməkdaşlığın da yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.
İdarə Heyətinin sədri “AzerGold” QSC-nin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, QSC-nin strateji planları və dağ-mədən sektorunda görülən işlər haqqında danışıb.
Z.İbrahimov Daşkəsən dəmir filizi yataqlarının istismarı, dəmir filizinin istehsalı zəncirinin təşkili üçün müvafiq istehsalat infrastrukturunun qurulması layihəsi çərçivəsində dünyada patent texnologiyaya malik əsas təchizatçılardan hesab edilən İtaliyanın tanınmış “Danieli” şirkəti ilə danışıqların aparıldığını qeyd edib. Dəmir filizi istehsalı çərçivəsində son məhsul olaraq HBİ (hot briquetted iron – isti briketləşmiş dəmir) xammalının istehsalının planlaşdırıldığını deyən Z.İbrahimov gələcəkdə daxili bazarın tələbatı ödənilməklə bu məhsulun İtaliya və digər Avropa ölkələrinə ixracının da mümkünlüyünə toxunub. HBİ xammalının istehsalının daha ekoloji təmiz texnologiya əsasında təşkili istiqamətində fəal çalışmaların davam etdiyini qeyd edən İdarə Heyətinin sədri Avropada istehsalatda ətraf mühitə təsirlərlə bağlı tətbiq edilən qanunvericiliyinin tələblərini nəzərə alaraq, Azərbaycanın bu məhsuluna böyük marağın yaranacağına ümid etdiyini bildirib.
Eyni zamanda İdarə Heyətinin sədri yeni mədənlərin işə salınması, o cümlədən kəşfiyyat, texniki-iqtisadi əsaslandırma, layihələndirmə, tikinti və istismar mərhələləri barədə geniş məlumat verib və bu mərhələlərdə də ixtisaslaşmış İtaliya şirkətləri ilə əməkdaşlığa hazır olduqlarını qeyd edib.
Bildirilib ki, QSC hazırda 3 mədən layihəsi – “Çovdar”, “Mərəh” və “Tülallar” qızıl yatağının istismarını, eləcə də 1 dəmir filizi yatağı – “Cənub-şərq” mədəninin işlənməsini həyata keçirir. Paralel olaraq Naxçıvan Muxtar Respublikası, Kəlbəcər və Balakən rayonlarında mövcud qızıl, mis və digər əlvan metal sahələrində müxtəlif mərhələlərdə olan kəşfiyyat və tədqiqat işlərinin davam etdirildiyi diqqətə çatdırılıb.
Öz növbəsində, Azərbaycanın İtaliya üçün vacib tərəfdaş olduğunu qeyd edən Klaudio Taffuri ölkəsinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm rol oynadığını bildirib. İki ölkə arasında əməkdaşlığın yeni istiqaməti kimi, dağ-mədən sahəsində müştərək fəaliyyətin yaradılması ilə bağlı fikir mübadiləsinin aparılmasının vacibliyi qeyd edən səfir “AzerGold” QSC-nin hasilat və istehsalat fəaliyyəti ilə tanış olmaqda maraqlı olduğunu dilə gətirib. Bu xüsusda yaxın aylarda QSC-nin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə tanışlıq səfərinin təşkili ilə bağlı razılıq əldə edilib.
Görüşdə, həmçinin digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Müştərilərin xəbərləri
Azərbaycan banklarının mənfəəti 1 milyard manatı keçib – Artımın 93%-i cəmi iki bankın hesabına təmin olunub
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 9 d. əvvəl
-
18 d. əvvəl
Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb
-
-
23 d. əvvəl
Azərbaycanda neftin qiymətinin 65 dollardan aşağı düşməsi ehtimalı az qiymətləndirilir
-
1 saat əvvəl
Almaniyanın Çin ilə ticarət kəsiri rekord həddə çatır – 100 milyard avronu ötəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dizel qiymətlərini endirmək üçün fövqəladə qərar qəbul edildi
- 2 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
15 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 15 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqlə! ®
Rəsmi məzənnələr açıqlandı
Azərbaycan banklarının mənfəəti 1 milyard manatı keçib – Artımın 93%-i cəmi iki bankın hesabına təmin olunub
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Ən çox oxunanlar
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
“Anglo Asian Mining”in mis hasilatı 4,1 dəfə artıb
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
























