AQTA yağ məhsulları üzrə aparılan nəzarət tədbirlərinin nəticələrini açıqlayıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində istehsal olunan və idxal edilən yaxılabilən yağlardan (spred, marqarin) və kərə yağlarından nümunə götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.
Agentlikdən bildirilib ki, cari dövr ərzində 13-ü yerli, 27-si idxal edilən olmaqla, 40 yaxılabilən yağdan nümunə götürülüb.
Götürülən nümunələr məhsulun yağ fazasında yağ turşularının trans izomerlərinin və doymamış yağ turşularının miqdarı, habelə təhlükəsizlik göstəriciləri (koliform bakteriyalar, kif-maya göbələkləri, qurğuşun və arsenin təyini) üzrə laborator müayinələrə cəlb edilib. Sınaq nəticələrinə əsasən, məhsullar qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verib.
Eyni zamanda, ticarət şəbəkələrində satışda olan 15-i yerli, 17-si idxal edilən olmaqla, 32 kərə yağı məhsulundan nümunə götürülüb və laboratoriya sınaqlarına cəlb edilib. Sınaq nəticələrinə əsasən, 31 məhsul yoxlanılmış parametrlər üzrə normativ sənədlərin tələblərinə cavab verib. Fiziki şəxs Ülkər Şamil qızı Veyisovaya məxsus 1 kərə yağı nümunəsinin tərkibində “Stafilokok” bakteriyası, habelə məhsulun minimum keyfiyyət göstəricilərində (yağ turşu spektri) uyğunsuzluqlar aşkar olunub. Bununla bağlı sahibkar barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülüb.
2023-cü ilin 6 ayı ərzində ölkə ərazisində fəaliyyət göstərən 5-i planlı, 4-ü plandankənar olmaqla, 9 kərə yağı emalı müəssisəsində də yoxlamalar keçirilib.
Yoxlamalar zamanı 6 müəssisədə nöqsanlar aşkar edilib.
Uyğunsuzluqlar emal sahələrində sanitariya qaydalarına əməl olunmaması, istifadə müddəti bitmiş kərə yağının anbarda saxlanılması, iadə olunmuş yağlarla istifadəyə yararlı yağların eyni sahədə saxlanması, xammalın müşayiətedici sənədlərinin (çıxarış, baytarlıq arayışı) olmaması, məhsulların saxlanması zamanı temperatur rejiminə əməl edilməməsi, istehsal olunan məhsulların müayinələrinin aparılmaması, etiket məlumatlarında kərə yağının yağlılıq faizinin göstərilməməsi, işçilərin gigiyena qaydalarına əməl etməməsi və onların ilkin və dövrü tibbi müayinədən keçməməsi, eləcə də dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmaması ilə bağlı olub. Aşkarlanan nöqsanlarla əlaqədar 2 müəssisədə məhsul partiyasının satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar verilib və 6 sahibkarlıq subyekti barəsində Agentlik tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb. Aparılmış yoxlama zamanı risk əsaslı yanaşma tətbiq etməklə istehsal olunan yağlardan nümunələr götürülərək laboratoriyaya təqdim edilib. Sınaq nəticələrinə əsasən, məhsullar qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verib.
Bundan başqa, Agentlik tərəfindən ticarət obyektlərində tərkibində bitki yağı olan yağların kərə yağı kimi təqdim olunması hallarına qarşı nəzarət tədbirləri aparılır.
Qeyd edək ki, 2023-cü ilin ikinci yarısında 13 yağ emalı müəssisəsində planlı yoxlamaların keçirilməsi nəzərdə tutulub.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
2 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
3 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 3 saat əvvəl
-
3 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 3 saat əvvəl
-
3 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























