Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydası təsdiqlənib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydası təsdiqlənib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası” təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Reklam_3_11

Energetika Nazirliyinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydası

Qaydaya əsasən, bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi üçün səlahiyyətli orqan aşağıdakı üsullardan birini tətbiq edir:

-birbaşa cəlbetmə;

-hərracın keçirilməsi.

Dövlətin maraqları və strateji əhəmiyyət baxımından zəruri olan pilot və digər layihələr birbaşa cəlbetmə üsulu əsasında həyata keçirilir. Bu zaman səlahiyyətli orqan müvafiq əsaslandırmanı hazırlayır və birbaşa cəlbetmə üsuluna icazə verilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidentinə müraciət edir.

Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi üçün keçirilən hərrac baş tutmadıqda, elektrik enerjisi istehsalçısı bu Qaydaya uyğun olaraq seçilir.

Azərbaycan Respublikası Prezidentinin elektrik enerjisi istehsalçısının birbaşa cəlbetmə yolu ilə seçilməsinə dair razılığı əsasında səlahiyyətli orqan birbaşa cəlbetmə üsulu ilə istehsalçının seçilməsi üçün danışıqlara başlayır və danışıqların nəticəsinə uyğun olaraq, Qanuna əsasən investisiya müqaviləsi bağlanılır.

Hərracın keçirilməsi zamanı hərrac iştirakçılarına bərabər və tamhüquqlu iştirak imkanı yaradılır.

Hərracın keçirilməsi zamanı hərracın baş tutmuş hesab edilməsi üçün hərracın ixtisas uyğunluğunun müəyyənləşdirilməsi və təkliflər sorğusu sənədinin hazırlanması mərhələlərinin hər birində azı 2 (iki) namizəd iştirak etməlidir. Namizədlərin sayı ikidən az olduqda və ya hərracın iştirakçısı olmadıqda, hərrac baş tutmamış hesab edilir.

Elektrik enerjisinin tarifi tək meyar olduqda hərrac açıq auksion formasında, tariflə yanaşı bu Qaydada nəzərdə tutulan digər meyarların qiymətləndirilməsi nəzərdə tutulduqda isə hərrac açıq müsabiqə formasında keçirilir.

Hərrac auksion formasında keçirildiyi halda ən aşağı qiymət təklifi etmiş şəxs, müsabiqə formasında keçirildiyi halda isə hərrac komissiyasının rəyinə əsasən bu Qaydada nəzərdə tutulan meyarlar üzrə ən əliverişli şərtlər təklif etmiş şəxs hərracın qalibi sayılır.

Səlahiyyətli orqan hərracın müsabiqə formasında elektrik enerjisi istehsalçısını seçmək üçün elektrik enerjisinin tarifindən əlavə, istehsalçının maliyyə göstəriciləri, həyata keçirdiyi layihələr, maddi-texniki potensialı, texnoloji həlləri, icra planı, yerli işçi qüvvəsi və yerli məhsullardan istifadə kimi meyarları da tətbiq edir.

Qayda Elektrik enerjisi istehsalçısının hərrac yolu ilə seçilməsini də müəyyən edir.

Səlahiyyətli orqan hərracın keçirilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir:

- hərrac komissiyası yaradır;

- ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədini hazırlayır;

- təkliflər sorğusu sənədini hazırlayır;

- hərrac elanını dərc edir;

- hərracın formasını müəyyən edir;

- əlaqələndirici şəxsi müəyyən edir.

İxtisas uyğunluğunun müəyyənləşdirilməsi və təkliflər sorğusu sənədləri, habelə hərrac iştirakçılarına təqdim olunan digər məlumatlar Azərbaycan dilində və beynəlxalq ticarətdə geniş istifadə olunan dillərdən birində tərtib edilir. Hərrac iştirakçıları tələb olunan sənədləri və məlumatları Azərbaycan dilində və beynəlxalq ticarətdə geniş istifadə olunan dillərdən birində təqdim edirlər. Azərbaycan dilində təqdim edilməli olan sənədlərin siyahısı hərrac komissiyası tərəfindən müəyyən olunur.

Hərrac iştirakçılarından daxil olmuş təkliflərə baxılma, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi və hərracın qalibinin seçilməsi məqsədilə səlahiyyətli orqan hərrac komissiyası yaradır. Hərrac komissiyası bu Qaydada qeyd olunmuş müqavilə bağlanılanadək fəaliyyət göstərir.

Hərrac komissiyası sədr də daxil olmaqla 11 (on bir) üzvdən ibarət olmaqla səlahiyyətli orqan tərəfindən yaradılır. Hərrac komissiyasının sədrini səlahiyyətli orqanın rəhbəri səlahiyyətli orqanın nümayəndələri arasından təyin edir. Hərrac komissiyasının tərkibi aşağıdakı dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən formalaşdırılır:

- səlahiyyətli orqanın nümayəndələri – 4 nəfər;

- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndəsi – 2 nəfər;

- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi – 1 nəfər;

- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi – 1 nəfər;

- zəmanətli alıcının nümayəndəsi – 1 nəfər;

- elektrik stansiyasının qoşulduğu şəbəkədən asılı olaraq, dövlət elektroenergetika müəssisəsinin və ya enerji təchizatı müəssisəsinin nümayəndəsi – 1 nəfər;

- bərpa olunan enerji mənbələri ərazisinin yerləşdiyi müvafiq inzibati ərazi vahidi üzrə yerli icra hakimiyyəti orqanının nümayəndəsi – 1 nəfər.

Hərrac komissiyası fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri cəlb edə bilər.

Hərrac komissiyasının qərarları açıq səsvermə yolu ilə komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, hərrac komissiyası sədrinin səsi həlledicidir. Hərrac komissiyanın sədri sonda səs verir. Hərrac komissiyasının iclasları onun üzvlərinin azı üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir.

Səlahiyyətli orqan onlayn və çap mediasında, habelə beynəlxalq miqyasda yayılan mediada ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədinin açıqlanmasına azı 10 (on) iş günü qalmış hərrac elanını dərc edir.

Hərrac elanında aşağıdakı məlumatlar göstərilir:

- hərracı keçirən səlahiyyətli orqan haqqında məlumat;

- hərracın forması (açıq auksion və ya müsabiqə);

- hərracla bağlı ümumi məlumatlar, o cümlədən bərpa olunan enerji mənbələrinin növü, layihənin həyata keçiriləcəyi bərpa olunan enerji mənbələrinin ərazisi və elektrik stansiyasının gücü;

- ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədinin əldə edilməsi ilə bağlı məlumatlar, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədinin açıqlanması və bu mərhələnin başaçatma tarixi;

- sənəd qəbuluna məsul şəxsin və əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin soyadı, adı, atasının adı, vəzifəsi və əlaqə vasitələri (telefon nömrəsi, elektron poçt ünvanı);

- hərracda iştirakla bağlı təkliflərin hazırlandığı dil (dillər).

Hərrac elanı Azərbaycan dilində və beynəlxalq ticarətdə geniş istifadə olunan dillərdən birində dərc edilir.

Hərrac komissiyası ixtisas uyğunluğunun müəyyənləşdirilməsi mərhələsində iştirak üçün nəzərdə tutulmuş meyarlara uyğun gələn iştirakçılara bilavasitə özü də məlumat verə bilər.

İxtisas uyğunluğunun müəyyənləşdirilməsi və təkliflər sorğusu sənədləri hərrac komissiyası tərəfindən iştirak hüququ qazanmış hərrac iştirakçısına göndərilir. Sənədlər iştirakçıya səlahiyyətli orqan tərəfindən təqdim edilir, yaxud sifarişli poçt göndərişi və ya elektron poçt vasitəsilə göndərilir. İştirakçı sənədləri bilavasitə səlahiyyətli orqandan da götürə bilər.

Hərrac iştirakçısı təkliflərini hərrac komissiyası tərəfindən verilmiş təlimatlara və formaya uyğun olaraq təqdim edir. Bu Qaydanın tələbləri pozulmaqla, habelə müddət başa çatandan sonra təqdim olunan təkliflər qəbul edilmir.

02.08.2023 15:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ