Şirkətin 1,4 milyon manat pulunun mənimsənilməsinin detalları məlum olub - İTTİHAM AKTI
Bakıda şirkətin külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Orxan Məmmədov, Zaur Babayev, Cəbrayıl Cəbrayılov, Fuad Xəlilzadə və Murad Rəsulovun cinayət işinin bəzi detalları məlum olub.
Məlumata görə, istintaq materiallarında qeyd olunub ki, Orxan Məmmədov “İnteqral” QSC-nin məişət əşyalarının və texnikasının topdan satış kateqoriya üzrə menecer vəzifəsində işləyib.
O, həmin müddət ərzində öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş özgə əmlakını talama məqsədilə 2019-cu ilin yanvar ayından başlayaraq QSC-nin məişət əşyalarının və texnikasının topdan satış şöbəsində sürücü-ekspeditor vəzifəsində işləyən Zaur Babayevlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək malların satışından əldə olunan pul vəsaitlərini Cəmiyyətin xəzinəsinə ödəməyərək öz aralarında bölmək barədə razılığa gəliblər.
Bununla da onlar ümumilikdə 168 min 460 manat 90 qəpik nağd pulu aralarında bölüblər.
Orxan Məmmədov 2021-ci ilin yanvar ayından başlayaraq Zaur Babayevlə və əvvəllər tanıdığı QSC ilə ticarət əlaqələrində olan Murad Rəsulovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girib. O, cinayətin törədilməsinə rəhbərlik etməklə ayrı-ayrı dilerlərdən sifariş kimi qəbul olunan və həmin dilerlərə çatdırılması təşkil edilməyərək malların Murad Rəsulovun vasitəsi ilə satışını həyata keçirərək satışdan əldə olunan pul vəsaitlərini öz aralarında bölmək barədə razılığa gəlib.
Nəticədə Orxan Məmmədov, Zaur Babayev və Murad Rəsulov “İnteqral” QSC-yə məxsus 525 min 547 manat 92 qəpik pulunu vahid niyyətlə mənimsəyib.
İttiham aktında göstərilib ki, təqsirləndirilən Cəbrayıl Cəbrayılov “İnteqral” QSC-nin məişət əşyalarının və texnikasının topdan satış şöbəsində ekspeditor vəzifəsində çalışıb. O, onunla birgə ekspeditor vəzifəsində işləyən Fuad Xəlilzadə və Cəmiyyətin məişət əşyalarının və texnikasının topdan satış şöbəsinin müdir müavini vəzifəsini icra edən Orxan Məmmədov ilə qabaqcadan əlbir olub malların satışından əldə olunan pul vəsaitlərini şirkətin xəzinəsinə ödəməyərək öz aralarında bölmək barədə razılığa gəliblər.
Nəticədə Cəbrayıl Cəbrayılov, Fuad Xəlilzadə və Orxan Məmmədov “İnteqral” QSC-yə məxsus ümumilikdə 763 min 80 manat 80 qəpik pulunu mənimsəmə yolu ilə ələ keçiriblər.
Beləliklə, şirkətin sabiq əməkdaşları “İnteqral” QSC-nin 1 457 088 manat pulunu mənimsəyiblər.
Qeyd edək ki, Orxan Məmmədov, Zaur Babayevə qarşı Cinayət Məcəlləsinin (CM) 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, Cəbrayıl Cəbrayılov, Fuad Xəlilzadə və Murad Rəsulova isə CM-nin 179.3.2-cü (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Həmin şəxslər 2022-ci ilin dekabrında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Xatırladaq ki, hazırda cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə araşdırılır.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
10 saat əvvəl
“Beauty Time” salonlar şəbəkəsinin rəhbərinin axtarışa verildiyi bildirilir
-
-
10 saat əvvəl
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
-
11 saat əvvəl
Bakı Fond Birjasının statistik məlumatlarını yeni formatda təqdim edir
-
11 saat əvvəl
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
MyShops-dan Ramazana özəl 60%-dək endirim və faizsiz hissəli ödəniş kampaniyası
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
"İranla danışa bilərik. İranlılar danışmaq istəyirlər"
Ən çox oxunanlar
“Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır
"Avto Azərbaycan"ın 30 illik yubileyi yaşıl təşəbbüslə qeyd olundu: 300 AĞAC ƏKİLDİ
Azərbaycanda Tam KASKO sığortasının 20% endirimlə satışına başlanıb
InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nazir quşçuluq müəssisələrində olub, müzakirələr aparılıb
"Azərişıq" barəsində iş açılıb





















