Rusiya Mərkəzi Bankı qorxur, rubla kömək etməyə tələsir - RUBLUN ÇÖKÜŞÜ

Avqustun 9-da Rusiya Mərkəsi Bankı ilin sonuna qədər daxili bazarda xarici valyuta almayacağını açıqladı. Bank, büdcə qaydasını (neft və ya qazın qiyməti büdcədə nəzərdə tutulmuş qiymətdən yüksək olarsa, ixracatçılardan gəlirin bir hissəsi alınır) müvəqqəti olaraq dayndırdığını bəyan etdi. Dünən Rusiya Mərkəzi Bankı tələbi azaltmaq və inflyasiyanı cilovlamaq üçün uçot dərəcəsini 3,5 faiz bəndi artıraraq 8,5%-dən 12%-ə qaldırdı. Bütün bu tədbirlər hələlik rublun kəskin bahalaşmasına səbəb olmayıb. Avqustun 14-də 101 rubladək bahalaşan dollar bu gün 97 rubl ətrafında ticarət olunur.
Marja.az xəbər verir ki, Bloomberg Rusiya rublunu inkişaf etməkdə olan bazarların ən pis valyutalardan biri olduğunu yazıb. Bir il əvvəl rubl bu agentliyin reytinqində ən yaxşı valyutalardan biri idi.
Daxili bazardan valyuta alışının dayandırılması məzənnənin sabitləşdirilməsi üçün atılan addımlardan biridir və bu, Rusiya Mərkəzi Bankının uçot dərəcəsini artırması ilə birlikdə işləməlidir.
"Bunlar rubla həddindən artıq təzyiqi aradan qaldırmağa yönəlmiş tənzimləmələrdir" - investisiya strateqi Alexander Baxtin deyib.
Sözügedən valyutanın həcmləri (yəni enerji resurslarının yüksək qiymətindən əldə edilən əlavə gəlirlər) valyuta bazarında ticarətin həcminə nisbətən kifayət qədər kiçikdir - cəmi bir neçə faiz, ona görə də onlar həlledici rol oynamırlar.
2023-cü ilin iyul ayı üçün tədiyə balansı ilə bağlı məlumatlar Rusiya valyutası üçün dramatik mənzərə yaratmır - cari əməliyyatlar hesabının profisiti 1,8 milyard dollar təşkil edib. Lakin bu statistika onun son həftələrdəki mənfi dinamikası ilə uyğun gəlmir.
Həm yüksək büdcə kəsiri, həm də rublun düşməsi ilə yaranan yüksək inflyasiya gözləntiləri vəziyyəti mürəkkəbləşdirir. Analitiklər bildiririr ki, xarici dəstək olmasa, rubl ucuzlaşmağa davam edəcək, bu da qiymət təzyiqinə, yəni inflyasiyaya gətirib çıxaracaq.
Analitiklər bildirib ki, zəif rubl ixrac gəlirləri və büdcənin doldurulması baxımından müsbətdir, lakin devalvasiya daha yüksək inflyasiyaya gətirib çıxarır, biznes əhval-ruhiyyəsini pisləşdirir və idxalçıların həyatını çətinləşdirir.
Belə zəifləmənin digər nəticəsi rubla kövrək inamın azalması, uzunmüddətli perspektivdə əmanətlərin valyutalaşmasının artması və əmanətlərin Rusiya valyutasından qaçmasıdır. Faktiki olaraq iqtisadiyyatın özü valyuta dalğalanmalarının girovluğundadır.
Rublun devalvasiyası Rusiya iqtisadiyyatını rəqabətədavamlı etmir: Rusiya şirkətlərində mütəxəssislərin xarici valyuta ilə ifadə olunan hazırkı maaşları müqayisə olunan sənaye sahələri üzrə Çindəkindən təxminən iki dəfə aşağıdır. Ona görə də 10-15 il əvvəl olduğu kimi xaricdən işləmək üçün yüksək ixtisaslı kadrların cəlb edilməsi unudulmalıdır.
Ölkə daxilində istehsalın inkişafı üçün səriştəli idarəçiliklə yanaşı, bir neçə milyonluq işçi qüvvəsi də olmalıdır, indi isə Rusiyada bu yoxdur. Mərkəzi Asiya vətəndaşlarını işə cəlb etmək də çətindir, çünki onların maaşları valyuta ilə ifadə hər ay aşağı düşür. Sanksiyalara görə dünyanın ən güclü iqtisadi zonalarında satış bazarları Rusiya üçün bağlıdır. Hələ ki, inkişaf etməkdə olan ölkələrdən olan alıcılar yalnız endirimli qiymətlərlə Rusiya xammalı ilə maraqlanırlar. Ona görə də Rusiyanın ixrac potensialı indi o qədər də ürəkaçan deyil.
Daxili tələbat da qaldığı müddətdə Rusiya Federasiyasına idxal yüksək olaraq qalacaq. Ancaq idxalın qiyməti rublun məzənnəsinin dinamikasına çox həssas olduğundan, zaman keçdikcə burada tələbin tədricən azalacağını gözləmək olar: ölkədə real əmək haqqının artımı dolların dəyərindəki sürətli artımla müqayisə oluna bilməz.
Son aylarda rublun zəifləməsi ondan irəli gəlirdi ki, Rusiyaya valyuta daxilolmalarının həcmi azalıb və kapital axını (yəni valyuta ixracı) sürətlənib. Neftin qiymətinin bahalaşması belə, heç bir nəticə vermir.
Analitiklər bildirir ki, xarici ticarətdə rubla və dost ölkələrin valyutalarına keçid yerli bazarda valyuta qıtlığı yaradır. Qeyd olunur ki, ixracda rublla ödənişlərin payı idxal üzrə ödənişlərdən daha böyükdür və daha sürətlə artır - xüsusi çəkisi iyunda 30 faizə qarşı iyulda 42 faiz təşkil edib. Mal və xidmət ticarətinin bütün profisiti rublla formalaşır, valyutada kəsir mövcuddur.
Dollar və avronun qıtlaşması bu valyutaların bahalaşmasına təkan verir.
2022-ci ildə Rusiyadan kapital axını rekord həddə - 243 milyard dollar (ÜDM-in 13 faizi), 2023-cü ilin birinci rübündə 21 milyard dollar təşkil edib. Rusiyaya birbaşa və portfel investisiyaları çərçivəsində qeyri-rezidentlərdən xarici valyuta axını yoxdur və yaxın illərdə də olmayacaq.
"Əgər bütün bu amillər olduğu kimi qalsa, o zaman yaxın aylarda rublun kəskin bahalaşmasını gözləməyə dəyməz",- analitiklər bildirilər.
Rusiya Mərkəzi Bankı ilin sonuna qədər daxili bazarda xarici valyuta almağı dayandırmasına, uçot dərəcəsini kəskin artmasına və ixracatçıların xarici valyutada gəlirlərinin satışının məcburi olacağı barədə xəbərlərə baxmayaraq rubl ciddi möhkəmlənməyib.
Rubl yalnız bir neçə vacib amillə dəstəklənə bilər: Rusiya Mərkəzi Bankının daha sərt pul siyasəti, iyulun sonundan neft qiymətlərinin artması, Brent və Urals nefti arasında qiymət spredinin daralması, ÜDM dinamikasının yaxşılaşması və büdcə parametrlərinin sabitləşdirilməsi.
Avqustun sonuna yaxın rubl vergi dövründən standart əlavə dəstək ala bilər. İlin sonuna qədər dolların 90 rubldan, avronun 100 rubldan, yuanın isə 13 rubldan aşağı düşməsi gözlənilmir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
53 d. əvvəl
"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“INMerge” İnnovasiya Sammiti Qırmızı Ürəklər Fondunu sosial tərəfdaş elan etdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Avtobus parkının yenilənməsi üçün dövlət dəstəyi – kreditlərə subsidiya və zəmanət təmin olunacaq
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda avtobuslarda təqaüdçülərə və tələbələrə güzəştli gediş haqqının tətbiqinə baxıla bilər
-
3 saat əvvəl
“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir
Son Xəbərlər

"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"

Porsche-nin səhmləri 8% ucuzlaşdı

Amerikalı milyarder BYD-dəki bütün paylarını satıb

"AYNA-nın əlində daşıyıcıları tənbeh eləmək mexanizmi yoxdur, ancaq "brutto müqavilə" bu boşluğu dolduracaq"

Sentyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb

AYNA: Avtobusları gecə saat 00:00-a qədər işləyə bilər
Ən çox oxunanlar

Bakıda avtobuslarda təqaüdçülərə və tələbələrə güzəştli gediş haqqının tətbiqinə baxıla bilər

“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir

"Təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17 %-nin avtobuslara çıxışı məhduddur"

“Sarı metal”ın qiyməti 3700 dolların üzərində möhkəmlənə bilsə, bahalaşma daha kəskin xarakter ala bilər"

Kapital Bazarı Assosiasiyasında yeni təyinatlar

Tarixdə ilk dəfə olaraq qızılın qiyməti 3750 dolları keçdi
