Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Qiymətinə uyğun flaqman. “HONOR 90” smartfonu necə ərsəyə gəlib?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qiymətinə uyğun flaqman. “HONOR 90” smartfonu necə ərsəyə gəlib?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Azərbaycanda yeni “N” seriyalı “HONOR 90” və “HONOR 90 Lite” smartfonlarının satışına başlanılıb. Bu gün biz sözügedən modelin nə vəd etdiyinin şahidi olacağıq.

Ay dizaynı

Nəyə görə ay? Bunu istehsalçının özü kameraların yerləşdiyi hissələrin quruluşuna işarə vuraraq izah edir. Bu cür hissələrin sayı ikidir və hər biri üst-üstə düşən ellips çevrələr şəklində hazırlanır. Burada ideya ondan ibarətdir ki, yaranan həcmli strukturlar azalan və bədirlənmiş Ay fazalarını simvolizə edir.

“HONOR 90”ın bütün mövcud rəngləri arasında marketinq adı “arktik buz” olan model də özünəməxsus yer tutur. Səthin teksturası həqiqətən baxış bucağını dəyişdikdə parıldayan şaxtalı naxışlara bənzəyir.

Klassika sevərlər üçün “HONOR 90”ın hamar örtüklü qara versiyası mövcuddur. Üçüncü rəng isə barmaq izlərini saxlamayan xəfif tutqun səthli zümrüd yaşılıdır.

Qiymətinə uyğun flaqman. “HONOR 90” smartfonu necə ərsəyə gəlib?

120 Hz-ə qədər yeniləmə tezliyi və 1200x2664 piksel təsvir ölçüsünə sahib 6,7 düymlük “OLED” panel. Birincisi o deməkdir ki, ekranda hərəkət zamanı təsvir həmişə mümkün qədər aydın və hamar qalacaq. Yüksək təsvir ölçüsü isə titrəmə olmadan “yumşaq” görüntü almağa zəmanət verir.

3125 Hz-dən yuxarı tezlikdə sayrışmanın gözlər üçün təhlükəli olmadığı hesab edilir. Hətta flaqman smartfonlarda bu rəqəm ən yaxşı halda 2160 Hz təşkil edir. Ancaq “HONOR 90”da impuls genişliyi modulyasiyası (PWM) tezliyi artıq 3840 Hz-dir, yəni müdafiə artıqlaması ilə təşkil olunur, bundan sonra gözlərdə heç bir yüklənmə yaranmır.

“HONOR 90”da görmənin qorunması üçün başqa vasitələr də var. Məsələn, “sirkad gecə ekranı” rejimi gün batdıqdan sonra mavi işığın intensivliyini avtomatik olaraq azaldır və yuxuya getməyinizi asanlaşdırır. Bundan əlavə, ekran 1200 nit tipik parlaqlıq və 1600 nit - pik (HDR kontent izləyərkən) parlaqlıq kimi göstəricilərə sahib olduğu üçün ön plana çıxır. 

200 meqapiksel!

Smartfon həm də foto imkanları ilə fərqlənir.  f/1,9 diafraqmalı 1/1.4 düym ölçülü 200 meqapiksellik sensor əsas ulduzdur. Sensor iridir və böyük həcmdə işıq tutmaq qabiliyyətinə sahibdir. Bu, xüsusilə zəif işıq şəraitində çəkiliş zamanı faydalıdır.

Kamera təkcə gün ərzində deyil, həm də alatoranlıqda öz vəzifələrini mükəmməl şəkildə yerinə yetirir. Piksellərin birləşməsi texnologiyası sayəsində şəkillər ilkin olaraq 16 meqapiksellik təsvir ölçüsündə əldə edilir. Bununla belə, istəsəniz, əsl 200 meqapiksel təyin edə və bununla şəkildəki uzaq obyektləri yaxınlaşdırıb kəsərkən praktiki olaraq detal itkisi ilə üzləşməyə bilərsiniz.

“HONOR 90” həmçinin fonu tutqunlaşdırmaq və bokeh effekti yaratmaq üçün 2 meqapiksellik sensora, həmçinin təkcə ultrageniş bucaqlı fotoların deyil, həm də makro fotoşəkillərin yaradılmasına cavabdeh olan 12 meqapiksellik sensora malikdir.

“HONOR 90” qabaqcıl “Qualcomm Snapdragon 7 Gen 1 Accelerated Edition” çipində qurulub.

Sözügedən texnologiya oyunlar üçün uyğunlaşdırılıb və oyun zamanı performansı iki dəfə artıra bilən “Adreno Frame Motion Engine” texnologiyasından istifadə edir.

Operativ yaddaşın iki modifikasiyası satışda mövcuddur. Əksər istifadəçilər üçün 8 GB operativ yaddaş  və 256 GB fləş yaddaş kifayət edir. Əgər sizin tələbləriniz daha yüksəkdirsə, “Hi-Res” fotoları və 4K videolarla yaddaş yerinizi doldurmağa öyrəşmisinizsə, o zaman 512 GB yaddaş və 12 GB operativ yaddaşa malik modelə diqqət yetirməlisiniz.

Batareya

“HONOR 90”da quraşdırılmış akkumulyatorun tutumu 5000 mAh təşkil edir. Ən ekstremal şəraitdə belə gün ərzində istifadəyə arxayın ola bilərsiniz. Sürətli şarjı dəstəkləyir. Ayrılıqda almaq lazım deyil, qutuda artıq 66 Vt gücündə bir blok mövcuddur. “HONOR 90” enerjini sıfırdan 70%-ə qədər yarım saat ərzində yığır, batareyanın enerji ilə tam doldurulması üçün isə 48 dəqiqə tələb olunur. 

Yeni “Honor 90”ı “İrşad”, “Baku Electronics”, “Kontakt Home” və “Smart Electronics” mağazalarından ala bilərsiniz. Sentyabrın 15-dək “HONOR 90” alanlara “HONOR CHOICE Earburds X3” simsiz qulaqlıqları və portativ “HONOR CHOICE Speaker” hədiyyə ediləcək.

“HONOR 90” üç rəngdə (zümrüd yaşılı, gecəyarısı qara və arktik buz) və iki yaddaş ölçüsündə mövcuddur. Smartfonun 12+512GB versiyası 1399,99 AZN, 8+256 GB versiyası isə 1199,99 AZN-ə başa gəlir.

HONOR90Lite HONOR90 smartfonlar
18.08.2023 10:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ