Azərbaycanın cari əməliyyatlar balansının profisiti 2 dəfə azalıb
2023-cü ilin 6 ayı üzrə Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 5.2 milyard və ya ÜDM-in 14.5%-ni təşkil edib (2022-ci ilin 6 ayı üzrə 10.3 milyard profisit olmuşdu).
Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın açıqladığı 2023-cü ilin 6 ayı üzrə Azərbaycan Respublikasının tədiyə balansıında bildirilir.
Qeyd edilib ki, neft-qaz sektoru üzrə cari əməliyyatlar hesabının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 34.5% azalaraq 8.2 milyard dollar, qeyri-neft-qaz sektoru üzrə cari əməliyyatlar hesabının kəsiri isə 37.8% artaraq 3.1 milyard dollar məbləğində olmuşdur.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin 6 ayı üzrə cari əməliyyatlar hesabının profisiti 10.3 milyard dollar və ya ÜDM-in 27.6%-ni təşkil etmişdi (2021-ci ilin 6 ayı üzrə 1.9 milyard dollar profisit olmuşdur). Neft-qaz sektoru üzrə cari əməliyyatlar hesabının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 2.7 dəfə artaraq 12.5 milyard dollar, qeyri-neft sektoru üzrə cari əməliyyatlar hesabının kəsiri isə 17.9% azalaraq 2.2 milyard dollar məbləğində olmuşdu.
Cari əməliyyatlar balansına ölkənin xarici ticarət balansı, xidmətlər balansı, ilkin gəlirlər balansı və təkrar gəlirlər balansı daxildir. Ehtiyat aktivlər - cari əməliyyatlar balansında və kapital və maliyyənin hərəkəti hesabında baş vermiş əməliyyatların nəticəsi olaraq ölkənin strateji valyuta ehtiyatlarının artıb/azalmasını ifadə edir. Təcrübədə cari əməliyyatlar balansı profisitli olduqda, bu profisit kapital və maliyyənin hərəkəti hesabının kəsirini maliyyələşdirir. Əgər cari əməliyyatlar balansının profisiti kapital və maliyyənin hərəkəti hesabının kəsirini üstələyirsə, bu halda yaranmış fərq ehtiyat aktivlərini artıra bilər.
2023-cü ilin 6 ayı üzrə xarici ticarət dövriyyəsi 22.8 milyard dollar təşkil etmiş, neft-qaz sektoru üzrə 11.5 milyard dollar həcmində profisit qeyri-neft-qaz sektoru üzrə 4.0 milyard dollar həcmində kəsiri bağlamışdır. Nəticədə hesabat dövründə xarici ticarət balansında 7.5 milyard dollar həcmində profisit yaranmışdır. 2023-cü ilin 6 ayında Azərbaycanın dünyanın 188 ölkəsi ilə ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 13.5%-i MDB üzvü olan ölkələrin, 86.5%-i isə digər xarici ölkələrin payına düşür.
Əmtəə ixracı
Hesabat dövründə əmtəə ixracı 19.8% azalaraq 15.2 milyard dollar təşkil etmişdir. Dövr ərzində əsasən dünya neft bazarlarında xam neftin və təbii qazın qiymətlərinin əlverişli olması şəraitində neft-qaz sektoru üzrə ixracın həcmi 13.4 milyard dollar olmuşdur. İxrac olunmuş neft-qaz məhsullarının (13.4 milyard dollar) 8.0 milyard dolları xam neftin, 5.0 milyard dolları təbii qazın, 0.4 milyard dolları isə neft emalı məhsullarının payına düşür. 2023-cü ilin 6 ayı üzrə qeyri-neft-qaz ixracı 23.3% artaraq 1.7 milyard dollar olmuşdur.
Əmtəə idxalı
2023-cü ilin 6 ayı üzrə əmtəə idxalı ötən ilin müvafiq dövrünə nəzərən 30.4% artaraq 7.7 milyard dollar təşkil etmişdir, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 3.1 milyard dollar olmuş, bunun da 1.0 milyard dolları ərzaq məhsullarının payına düşür. Qeyri-neft-qaz sektoru üzrə idxal 18.2% artaraq 5.7 milyard dollar olmuşdur. Qeyri-neft-qaz idxalının strukturunda minik avtomobillərinin (95.6%), mebel məhsullarının (41.9%), ətir və kosmetik vasitələrinin (41.8%), tütün məhsullarının (40.9%), sabun və yuyucu vasitələrinin (29.4%), ağac məmulatlarının (20.7%), daş və şüşə məmulatlarının (17.6%), metalların (13.3%), alkoqollu və alkoqolsuz içkilərinin (11.0%), şəkərin (9.7%) və dənli bitkilərin (4.6%) idxalı artmışdır. Bu dövrdə gəmilər, qayıqlar və üzən konstruksiyaların (81.2%), bitki yağlarının (36.7%), kərə yağının (19.2%), 11 Tədiyə balansı hesabatı qazanlar, avadanlıq və mexaniki qurğuların (14.9%), tərəvəz məhsullarının (14.5%) və əczaçılıq məhsullarının (2.4%) idxalı isə azalmışdır.
İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 3.8% təşkil edərək 293.4 milyon dollar olmuşdur.
Xidmətlər balansı
2023-cü ilin 6 ayı üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 6.9 milyard dollar təşkil etmişdir. Bunun 4.0 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 2.9 milyard dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 16.4% azalaraq 1.1 milyard dollar olmuşdur. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 979.1 milyon dollar (1.1% artım) olmuşdur. Qeyrineft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri isə 134.7 milyon dollar (63.0% azalma) olmuşdur. Qarşılıqlı xidmətlər dövriyyəsinin 32.6%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 2.2 milyard dollar olan nəqliyyat xidmətlərinin 62.8%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olmuşdur. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 1.4 milyard dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 0.8 milyard dollar təşkil etmişdir. Dövr ərzində qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ötən ilin müvafiq dövrünə nəzərən 6.0%, idxalı isə 2.0% azalmışdır. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 2023-ci ilin 6 ayında 28.5% artaraq 572.8 milyon dollara yüksəlmişdir. Qeyd edilib ki, nəqliyyat xidmətləri üzrə profisit 2022-ci ilin 6 ayında 445.6 milyon dollar olmuşdur.
2023-cü ilin 6 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 45.7% artaraq 1.1 milyard dollar təşkil etmişdir. Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (589.4 milyon dollar) idxalı (488.2 milyon dollar) üstələməsi nəticəsində 101.2 milyon dollar həcmində profisit yaranmışdır. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 16.3%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 43.9% artmışdır. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 488.2 milyon dollar olmuşdur. Bunun 71.5%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla). Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 31.2% azalaraq 15.8 milyon dollar təşkil etmişdir. Qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 25.5% artaraq 577.3 milyon dollar olmuşdur.
Daha ətraflı buradan oxuya bilərsiniz.
Müştərilərin xəbərləri
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
9 saat əvvəl
Süd vəzi xərçənginə dəstək məqsədilə “GüclüSən” sığorta məhsulu təqdim olunub
-
-
9 saat əvvəl
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
-
9 saat əvvəl
Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı ®
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
-
10 saat əvvəl
Neft Fondu 9 ayda neft-qaz satışından 8 milyard manata yaxın gəlir əldə edib
-
10 saat əvvəl
Mərkəzi Bank sığorta agentinin lisenziyasını LƏĞV ETDİ – SƏBƏB AÇIQLANDI
-
11 saat əvvəl
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
- 11 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gömrükdən yükün maneəsiz keçirilməsi üçün pul almaqda ittiham olunan şəxs məhkəmə qarşısına çıxarılır
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Çindən Azərbaycana turist axını sürətlənib – Sentyabrda 28% artım
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlarla bağlı cinayət işi başlanıb – Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
























