Bakı hava limanı Yunanıstan aviadaşıyıcısının ilk reysini qarşıladı
Bakı hava limanı Yunanıstanın “Aegean Airlines” aviaşirkətinin ilk reysini qarşılayıbSentyabrın 30-dan etibarən “Aegean Airlines” Afinadan Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm reyslər həyata keçirməyə başlayıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Yunanıstan aviadaşıyıcısının təyyarəsi ənənəvi olaraq su tağı ilə qarşılanıb.
“Heydər Əliyev Beynəlxalq Aeroportu bütün səyahətçilər üçün yüksək keyfiyyətli xidmət, komfortlu şərait yaratmağa çalışır və daha çox aviaşirkətin cəlb edilməsi inkişaf strategiyamızın mühüm hissəsidir. Əminik ki, Yunanıstan aviadaşıyıcısı ilə əməkdaşlığımız uğurlu və sərnişinlərimiz üçün perspektivli olacaqdır”, - deyə hava limanının direktoru Teymur Həsənov bildirib.
Afina ilə Bakı arasında reyslər həftədə iki dəfə, çərşənbə axşamı və şənbə günləri yerinə yetiriləcək. Bu uçuşların gecə saatlarında həyata keçirilməsi sərnişinlərə daha rahat vaxt intervalları ilə aviadaşıyıcının geniş marşrut şəbəkəsindən seçim imkanı verir.
Qeyd edək ki, “Aegean Airlines” sərnişinlərə Kipr, Balkan və Qərbi Avropa ölkələri, həmçinin Krit, Santorini, Mikonos və digər məşhur Yunan adaları daxil olmaqla 80-dən çox istiqamətdə uçuşlar təklif edir.
Aviadaşıyıcının rəsmi internet saytında, həmçinin aviaşirkətin satış ofislərində ətraflı cədvəllə tanış olmaq və aviabiletləri bron etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
23 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
9 d. əvvəl
“Coca-Cola Azərbaycan”ın da daxil olduğu şirkət maliyyə nəticələri açıqlayıb
- 21 d. əvvəl
- 39 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
14 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
PMD eksklüziv layihələrini AIREX 2026-da təqdim edəcək ®
Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib























