Azərbaycanda ikinci vençur fondunun yaradılması üçün şərtlər açıqlanıb
Azərbaycanda ikinci vençur fondunun yaradılması üçün ölkədə kifayət qədər startaplar olmalıdır.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədr əvəzi İnarə Vəliyeva bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda investisiya alətlərinin inkişafı üzrə müxtəlif istiqamətlərdə işlər aparılır: “Lakin əlavə vençur fondların yaradılması üçün ölkədə kifayət qədər startap olmalıdır”.
İ.Vəliyevanın sözlərinə görə, İRİA növbəti vençur fondlarında daha çox özəl tərəfdaşların olmasını gözləyir.
O bildirib ki, mələk investorlar daha kiçik məbləğlərdə startaplara yardım göstərirlər: “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yerli startap ekosisteminin inkişafı istiqamətində ölkənin ilk rəsmi Mələk İnvestorlar Klubu olan “Technovate – Sabah’’ ilə əməkdaşlığa davam edir. Ölkədə mələk investorların sayının artması startaplara böyük dəstək olacaq. Bu səbəbdən "Technovate-Sabah” klubu Azərbaycanda mələk investor olmaq istəyənlər üçün məktəb açıb. Ölkədə ilk dəfə fəaliyyətə başlayacaq məktəbin məqsədi ölkədəki mələk investorlara ilk olaraq nəzəri, daha sonra isə onları klub üzvü etməklə təcrübi biliklərə yiyələnməsini təmin etməkdir. Bundan əlavə, İRİA olaraq daha iki mələk investor klubuna dəstək oluruq”.
Xatırladaq ki, 2022-ci ildə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi investorların iştirakı ilə innovasiya ekosisteminin inkişafı üçün “Caucasus Ventures” vençur fondunu yaradıb.
Qeyd edək ki, sözügedən fondun nizamnamə kapitalı 11,3 milyon manat təşkil edir. “Paşa Holdinq” Şirkətlər Qrupu fonda 5 milyon manat və fərdi sahibkarlar 1,3 milyon manat vəsait ayırmaq haqqında razılığa gəliblər. Eyni zamanda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi özəl tərəfdaşların təşəbbüsünə dəstək göstərərək “Caucasus Ventures”ə əlavə 5 milyon manat vəsait ayırıb.
© “Report”
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
6 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
6 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 6 saat əvvəl
-
7 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 7 saat əvvəl
-
7 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 7 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























