Azərbaycanda iqtisadi artım 1 faizdən də aşağı olaraq qalır
2023-cü ilin yanvar-sentyabr aylarında ölkədə 90 milyard 812,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
Marja.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,5 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 3 faiz artmışdır.
Xatırladaq ki, 2023-cü ilin yanvar-avqust aylarında ölkədə 80 milyard 096,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdu. 2023-cü ilin yanvar-iyul aylarında isə ölkədə 70 milyard 372,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz çox ümumi daxili məhsul istehsal edilmişdi.
2023-cü ilin yanvar-sentyabr aylarında ÜDM istehsalının 41,6 faizi sənaye, 9,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,0 faizi tikinti, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 18,0 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,5 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 8948,8 manata bərabər olmuşdur.
Sənaye istehsalı haqqında
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-sentyabr aylarında 50,2 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 1,8 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 6,1 faiz artmışdır.
Sənaye məhsulunun 68,4 faizi mədənçıxarma sektorunda, 26,4 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,8 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 4,6 faiz artmışdır.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 85,8 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 60,2 faiz, poliqrafiya məhsullarının istehsalı 32,4 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 31,2 faiz, tikinti materiallarının istehsalı 27,7 faiz, içkilərin istehsalı 25,7 faiz, kağız və karton istehsalı 24,1 faiz, maşın və avadanlıqların istehsalı 21,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 19,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 17,6 faiz, hazır metal məmulatlarının istehsalı 13,7 faiz, neft məhsullarının istehsalı 11,5 faiz, qida məhsullarının istehsalı 10,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 8,0 faiz, mebel istehsalı 8,0 faiz, tütün məmulatlarının istehsalı 4,6 faiz, elektrik avadanlıqlarının istehsalı 3,1 faiz, əczaçılıq məhsullarının istehsalı 2,9 faiz artmış, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 6,6 faiz, geyim istehsalı 16,6 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 21,1 faiz, sair sənaye məhsullarının istehsalı 23,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 25,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 28,9 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 14,4 faiz artmışdır.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat sonra
- 9 d. əvvəl
-
-
20 d. əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 24 d. əvvəl
-
1 saat əvvəl
Tabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
1 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
1 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
-
1 saat əvvəl
20 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub - SİYAHI, YENİLƏNİR
-
2 saat əvvəl
Mərkəzi Bank: Gündəlik 20 min manatlıq kart köçürmələri şübhə yarada bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
13%-lik istiqrazları 71 investor aldı
Ən çox oxunanlar
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
“Azər Türk Bank”ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
ATB-nin xalis mənfəəti 62% artıb
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®


























