CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®
Sərnişinlər filmləri pulsuz izləyirlər.Artıq sərnişinlər uçuşlarını gözləyərkən film izləyə bilirlər.
CineMastercard kinoteatrlar şəbəkəsi Heydər Əliyev Beynəlxalq Aeroportunun uçuş zonasında yeni kinoteatrını istifadəyə verib. Şəbəkə üçün yeni olan bu format sərnişinlərə səyahəti film izləməklə birləşdirməyə, uçuşadək vaxtlarını rahat və xoş keçirməyə şərait yaradır.
Kinoteatrda bir ekran fəaliyyət göstərir və sərnişinlər tranzit zonasını tərk etmədən ailə və macəra filmlərinə baxa biləcəklər. Beləliklə, reysi gözləmək və ya transfer zamanı yaranan fasilə səyahətin xoş hissəsinə çevrilə bilər.
“Kinonu səyahətin bir hissəsinə çevirmək istəyimiz tamaşaçılar üçün yeni imkanlar yaradır — onların marşrutunun ən gözlənilməz nöqtələrində belə. Hava limanı insanların uçuşlarını gözləyərkən xeyli vaxt keçirdikləribir məkandır. Bu gözləmə müddətini xoş və dolğun istirahətə çevirmək mümkündür”, — deyə CineMastercard kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə bildirib.
Qeyd etmək istərdik ki, bütün film nümayişləri sərnişinlər üçün ödənişsizdir.
Kinoteatrın açılması CineMastercard-ın müasir kino nümayişi formatlarının inkişafı və tamaşaçılar üçün yeni təəssüratların yaradılması istiqamətində növbəti addımdır.
İldə təxminən 3,8 milyon yola düşən sərnişinin, 2026-cı ilin ilk səkkiz ayında isə 373 mindən çox transfer sərnişininin istifadə etdiyi bu zonada yeni kinoteatrın yaradılması gözləmə müddətini sadəcə keçirmək deyil, onu səyahətin daha rahat və maraqlı bir hissəsinə çevirmək məqsədi daşıyır.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF-nin birgə layihəsi çərçivəsində “Zəfərin varisləri” proqramına start verilir - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 3 d. əvvəl
-
18 d. əvvəl
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
- 29 d. əvvəl
- 39 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
-
1 saat əvvəl
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®
Azərbaycanın şüşə istehsalçısı Dubaydakı nəhəng tikinti layihələrini hədəfləyir – 70 yeni iş yeri yaradılacaq
Ən çox oxunanlar
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
Cəbrayılda yeni içki zavodu açıldı – Prezident və birinci xanım açılışda iştirak etdilər
Leobank “Felis 2026”da qızıl mükafat qazanıb





















