İki bank arasında satınalmadan sonra yeni təyinat – Cəfər Həmidov vəzifəyə başladı
“Bank Respublika”da mühüm təyinat – Baş texnologiya direktoru dəyişib. “AccessBank”ın baş texnologiya direktoru “Bank Respublika”ya keçib“Bank Respublika” ASC-də yeni rəhbər təyinatı olub.
Marja.az xəbər verir ki, Cəfər Həmidov bankın Baş Texnologiya Direktoru (Chief Technology Officer – CTO) vəzifəsinə təyin edilib.
Bu barədə Cəfər Həmidov “LinkedIn” sosial şəbəkəsindəki şəxsi hesabında məlumat yayıb. O, “Bank Respublika”da yeni vəzifədə fəaliyyətə başladığını açıqlayıb.
Məlumata görə, Cəfər Həmidov 2026-cı ilin oktyabrından yeni vəzifəsinin icrasına başlayıb.
Cəfər Həmidov bundan əvvəl “AccessBank” QSC-də Baş Texnologiya Direktoru vəzifəsində çalışıb. O, 2025-ci ilin aprelində bu vəzifəyə təyin edilmişdi.
Bank sektorunda 16 ildən artıq təcrübəsi olan Cəfər Həmidov əmək fəaliyyətinə 2010-cu ilin fevralında “AccessBank”da proqramçı kimi başlayıb. Sonrakı illərdə baş proqramçı, aparıcı proqram təminatı tərtibatçısı, əsas bank sistemləri və hesabatlıq bölməsinin rəhbəri kimi çalışıb.
2022-ci ilin martında “AccessBank”ın İT İnkişafı Departamentinin direktoru vəzifəsinə təyin olunan Cəfər Həmidov 2025-ci ilin aprelinədək həmin vəzifəni tutub.
Həmçinin oxu
“Ziraat Bank Azərbaycan”da yeni direktor təyinatıO, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnzibati idarəetmə ixtisası üzrə bakalavr məzunudur.
Qeyd edək ki, təyinat “Bank Respublika”nın “AccessBank”ın səhmlərinin 100 faizini satın alması üzrə sövdələşmənin tamamlanmasından sonraya təsadüf edir.
Əqdin şərtlərinə əsasən, “AccessBank”ın əvvəlki səhmdarları “Bank Respublika”nın nizamnamə kapitalının 25 faizinə bərabər yeni imtiyazlı səhmlər əldə edirlər. Bankların ilkin mərhələdə ayrı-ayrılıqda fəaliyyət göstərməsi, sonrakı mərhələdə isə müvafiq tənzimləyici tələblərə uyğun birləşdirilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
-
-
3 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
- 4 saat sonra
-
8 saat əvvəl
SOCAR-da mühüm iclas – Borcların idarə edilməsi və layihələr müzakirə olunub
- 10 saat əvvəl
-
12 saat əvvəl
İlin sonuna qədər Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək
-
12 saat əvvəl
İran Küveytə dron zərbəsi endirib, iki İtaliya vətəndaşı ölüb
-
12 saat əvvəl
Azərbaycan pomidor ixracından 307 milyon manata yaxın vəsait əldə edib
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Ən çox oxunanlar
Azərbaycanın ət idxalı 100 milyon dolları keçib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
AZAL: 2028-ci il üçün müəyyən edilən hədəfə 3 il əvvəl çatmışıq
Türkiyəli məşhur iş adamı Murat Ülker Bakıya gəlib – “Azersun” ilə gələcək planları müzakirə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



























