Unibank-dan tələbə və məzunlara yeni karyera imkanları – BANM ilə memorandum imzalandı
Unibank və Bakı Ali Neft Məktəbi əməkdaşlığa başlayır – Tələbələr üçün yeni imkanlar.“Unibank” KB ASC ilə Bakı Ali Neft Məktəbi (BANM) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Memorandumu “Unibank”ın İdarə Heyətinin sədri Valentin Morozov və BANM-in rektoru Elmar Qasımov imzalayıblar.
Sənəd bankla universitet arasında bir neçə istiqamətdə əməkdaşlığı nəzərdə tutur. Memorandum BANM tələbələrinin “Unibank”da istehsalat təcrübəsinə cəlb olunması, tələbə və məzunların iş imkanlarının qiymətləndirilməsi, birgə seminar, təlim, konfrans və digər tədbirlərin təşkili kimi əməkdaşlıq istiqamətlərini əhatə edir.
Memorandumu yüksək qiymətləndirən Unibank sədri Valentin Morozov, BANM ilə əməkdaşlığın perspektivlərindən danışıb.
O bildirib ki, bank tələbələrin peşəkar mütəxəssis kimi yetişməsinə və müasir bankçılıq üçün lazım olan bacarıqlara yiyələnməsinə dəstək olacaq. Sədrin sözlərinə görə, bank sektorunun rəqəmsal transformasiyası mühəndislik, informasiya texnologiyaları və analitika sahəsində güclü mütəxəssislərə ehtiyacı artırır. Valentin Morozov vurğulayıb ki, ölkənin ən yaxşı bank məktəbləri sırasında olan “Unibank”ın peşəkar kadrların yetişdirilməsində uzun illərə dayanan təcrübəsi var. Memorandum BANM tələbələrinə biliklərini bu təcrübə əsasında real iş mühitində tətbiq etmək imkanı yaradacaq.
Rektor Elmar Qasımov BANM-in fəaliyyəti, son illərdə həyata keçirilən yeniliklər və universitetin hədəfləri barədə məlumat verib. O, real sektorla birbaşa əməkdaşlığın əmək bazarının tələblərini öyrənmək və təhsili bu tələblərə uyğunlaşdırmaq baxımından vacib olduğunu vurğulayıb. Rektor “Unibank”la əməkdaşlığın hər iki qurumun fəaliyyətinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib.
Görüşdə gələcəkdə həyata keçirilə biləcək birgə layihələr də müzakirə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
-
-
3 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
- 4 saat sonra
-
8 saat əvvəl
SOCAR-da mühüm iclas – Borcların idarə edilməsi və layihələr müzakirə olunub
- 10 saat əvvəl
-
12 saat əvvəl
İlin sonuna qədər Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək
-
12 saat əvvəl
İran Küveytə dron zərbəsi endirib, iki İtaliya vətəndaşı ölüb
-
12 saat əvvəl
Azərbaycan pomidor ixracından 307 milyon manata yaxın vəsait əldə edib
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Ən çox oxunanlar
Azərbaycanın ət idxalı 100 milyon dolları keçib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
AZAL: 2028-ci il üçün müəyyən edilən hədəfə 3 il əvvəl çatmışıq
Türkiyəli məşhur iş adamı Murat Ülker Bakıya gəlib – “Azersun” ilə gələcək planları müzakirə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

























