Azərbaycan pomidor ixracından 307 milyon manata yaxın vəsait əldə edib
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın pomidor ixracından gəlirləri 180 milyon dolları keçib.Pomidor ixracından gəlirlər 20,7 milyon dollar artıb.2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycandan 180 milyon 498 min ABŞ dolları dəyərində 149 min 128 ton pomidor ixrac edilib.
Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın pomidor ixracı fiziki həcm ifadəsində 2 min 745 ton və ya 1,9%, dəyər ifadəsində isə 20 milyon 709 min dollar və ya 13% artıb.
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 159 milyon 788 min dollar dəyərində 146 min 384 ton pomidor ixrac edilmişdi.
İXRAC OLUNAN POMİDORUN ORTA STATİSTİK DƏYƏRİ ARTIB
Marja.az-ın Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, 2025-ci ilin ilk 10 ayında Azərbaycandan ixrac olunan pomidorun bir tonunun orta statistik dəyəri 1 092 dollar təşkil etmişdisə, 2026-cı ilin eyni dövründə bu göstərici 1 210 dollara yüksəlib.
Beləliklə, ixrac olunan pomidorun bir tonunun orta statistik dəyəri təxminən 118 dollar və ya 10,9% artıb.
Manat ifadəsində ixrac olunan pomidorun bir kiloqramının orta statistik dəyəri 1,86 manatdan 2,06 manata yüksəlib.
Rəqəmlər göstərir ki, Azərbaycanın pomidor ixracından əldə etdiyi gəlirlərin artması əsasən ixrac olunan məhsulun orta statistik vahid dəyərinin yüksəlməsi hesabına baş verib.
MEYVƏ-TƏRƏVƏZ İXRACININ TƏXMİNƏN DÖRDDƏBİRİNİ POMİDOR TƏŞKİL EDİB
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycandan ümumilikdə 751 milyon 604 min dollar dəyərində 620 min 580 ton meyvə və tərəvəz ixrac olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın meyvə-tərəvəz ixracının dəyəri 8,1% artıb. Pomidor ixracının dəyərindəki 13%-lik artım meyvə-tərəvəz ixracının ümumi artım tempini üstələyib.
Pomidorun Azərbaycanın meyvə-tərəvəz ixracının ümumi dəyərində xüsusi çəkisi 22,98%-dən 24,02%-ə yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
-
-
3 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
- 4 saat sonra
-
8 saat əvvəl
SOCAR-da mühüm iclas – Borcların idarə edilməsi və layihələr müzakirə olunub
- 10 saat əvvəl
-
12 saat əvvəl
İlin sonuna qədər Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək
-
12 saat əvvəl
İran Küveytə dron zərbəsi endirib, iki İtaliya vətəndaşı ölüb
-
12 saat əvvəl
Azərbaycan pomidor ixracından 307 milyon manata yaxın vəsait əldə edib
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Ən çox oxunanlar
Azərbaycanın ət idxalı 100 milyon dolları keçib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
AZAL: 2028-ci il üçün müəyyən edilən hədəfə 3 il əvvəl çatmışıq
Türkiyəli məşhur iş adamı Murat Ülker Bakıya gəlib – “Azersun” ilə gələcək planları müzakirə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


























