Türkiyənin dövlət bankı Azərbaycanda sürətlə böyüyür
"Ziraat Bank Azərbaycan"ın cəmi aktivləri 2023-cü ilin 9 ayı ərzində 183 milyon manata yaxın artaraq 712 milyon manata yaxınlaşıb."Ziraat Bank Azərbaycan" ASC 2023-cü ilin 9 ayını (yanvar-sentyabr) 6 milyon 413,5 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 6 milyon 180,8 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 2023-cü ilin 9 ayında 2022-ci ilin 9 ayı ilə müqayisədə 232,7 min manat və ya 3,8% artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.Əgər aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırma 2 dəfədən çox artmasaydı Bankın xalis mənfəəti daha yüksək məbləğdə olardı.
FAİZ GƏLİRLƏRİ 50 FAİZDƏN ÇOX ARTIB
Marja.az-ın məlumatına görə, "Ziraat Bank Azərbaycan"ın faiz gəlirləri 2023-cü ilin 9 ayında 2022-ci ilin 9 ayı ilə müqayisədə 10 milyon 977 min manat və ya 54,2% artaraq 31 milyon 230 min manat, qeyri-faiz gəlirləri isə 1 milyon 660 min manat və ya 17,8% artaraq 10 milyon 968 min manat təşkil edib.
2023-cü ilin 9 ayında "Ziraat Bank Azərbaycan"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 42 milyon 198,5 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 24 milyon 177 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 18 milyon 21,5 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 11 milyon 608 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin 9 ayında "Ziraat Bank Azərbaycan"ın əməliyyat mənfəəti 12 milyon 633,6 min manat təşkil etmişdi və ehtiyata 5 milyon 463,8 min manat ayırmışdı.
Bu il "Ziraat Bank Azərbaycan"ın bölüşdürülməmiş mənfəəti 6 milyon 414 min manat artaraq 41 milyon 120 min manata çatıb.
BANK KƏSKİN BÖYÜYÜB
"Ziraat Bank Azərbaycan"ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 2023-cü ilin 9 ayı ərzində 182 milyon 828 min manat və ya 34,6% artaraq 30 Sentyabr 2023-cü il tarixində 711 milyon 727 min manat təşkil edib. Əgər cari ilin 4-cü rübündə və gələn il aktivlərin artım sürəti azı builki səviyyədə qalarsa gələn il "Ziraat Bank Azərbaycan" aktivləri 1 milyard manatdan çox olan banklar sırasına daxil ola bilər.
"Ziraat Bank Azərbaycan"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) ötən ilin sonu ilə müqayisədə 2023-cü ilin 9 ayında 40 milyon 303 min manat və ya 12,7% artaraq 357 milyon 882 min manata çatıb.
DEPOZİT PORTFELİNDƏ BÖYÜK ARTIM
"Ziraat Bank Azərbaycan"da depozitlər 2023-cü ilin 9 ayı ərzində 2022-ci ilin sonu ilə müqayisədə 173 milyon 603 min manat və ya 54,6% artaraq 491 milyon 409 min manata çatıb. O cümlədən, fiziki şəxslərin müddətli depozitləri 46 milyon 620 min manat və ya 46,7% artaraq 146 milyon 489 min manata çatıb. Bankda hüquqi şəxslərin tələbli depozitləri isə 152 milyon 640 min manat və ya 2,4 dəfə artaraq 258 milyon 343 min manata yüksəlib.
MƏCMU KAPİTALI ARTIB
30 Senyabr 2023-cü il tarixində "Ziraat Bank Azərbaycan" 109 milyon 753 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 102 milyon 394 min manat məcmu kapitala malik idi.
"Ziraat Bank Azərbaycan” ASC-nin səhmdarları Türkiyənin dövlət bankı "T.C.Ziraat Bankası" (99.98%), "Ziraat Teknoloji" (0.01%) və "Ziraat Yatırım Menkul Değerler"dir (0.01%).
Müştərilərin xəbərləri
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
16 saat əvvəl
Süd vəzi xərçənginə dəstək məqsədilə “GüclüSən” sığorta məhsulu təqdim olunub
-
-
16 saat əvvəl
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
-
16 saat əvvəl
Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı ®
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
-
17 saat əvvəl
Neft Fondu 9 ayda neft-qaz satışından 8 milyard manata yaxın gəlir əldə edib
-
17 saat əvvəl
Mərkəzi Bank sığorta agentinin lisenziyasını LƏĞV ETDİ – SƏBƏB AÇIQLANDI
-
18 saat əvvəl
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
- 18 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gömrükdən yükün maneəsiz keçirilməsi üçün pul almaqda ittiham olunan şəxs məhkəmə qarşısına çıxarılır
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Çindən Azərbaycana turist axını sürətlənib – Sentyabrda 28% artım
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlarla bağlı cinayət işi başlanıb – Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®


























