Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Maliyyə Nazirliyi 1,1 milyard manatdan çox kəsiri olan büdcə haqqında məlumatları açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maliyyə Nazirliyi 1,1 milyard manatdan çox kəsiri olan büdcə haqqında məlumatları açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Maliyyə Nazirliyi 2023-cü ilin doqquz ayı üzrə icmal və dövlət büdcələrinin icrasına dair məlumatları açıqlayıb.

Dövlət büdcəsinin gəlir və xərcləri

Marja.az Nazirliyə istinadən xəbər verir ki, 2023-cü ilin doqquz ayı ərzində dövlət büdcəsinin gəlirləri 22 milyard 76,9 milyon manat, xərcləri 23 milyard 214,5 milyon manat, dövlət büdcəsinin kəsiri isə 1 milyard 137,6 milyon manat məbləğində olmuşdur.

Dövlət Neft Fondundan transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 18 milyard 526,9 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,8 faiz (və ya 2 milyard 667,4 milyon manat) artım deməkdir.

Dövlət büdcəsinin gəlirləri

2023-cü ilin doqquz ayı ərzində dövlət büdcəsinin gəlirləri 25 milyard 248,9 milyon manat proqnoza qarşı 22 milyard 76,9 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 3 milyard 172,0 milyon manat və ya 12,6 faiz azdır.

2023-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin daxilolmalarının 12 milyard 810,7 milyon manatı və ya 58,0 faizi vergi daxilolmalarının, 4 milyard 706,6 milyon manatı və ya 21,3 faizi gömrük rüsumları və idxala vergi daxilolmalarının, 3 milyard 550,0 milyon manatı və ya 16,1 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 582,2 milyon manatı və ya 2,7 faizi dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 24,4 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 403,0 milyon manatı və ya 1,8 faizi isə digər daxilolmaların payına düşmüşdür.

2023-cü ilin yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin 9 aylıq gəlirləri üçün təsdiq edilmiş proqnozdan vergi daxilolmaları üzrə 723,5 milyon manat və ya 6,0 faiz çox, gömrük rüsumları və idxala görə vergi daxilolmaları üzrə 313,8 milyon manat və ya 7,1 faiz çox, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 3,6 milyon manat və ya 17,3 faiz çox, digər daxilolmalar üzrə 27,7 milyon manat və ya 7,9 faiz çox daxilolmaların təmin edilməsinə nail olunmuşdur. Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərin göstərilməsi  üzrə dövlət büdcəsinə 582,2 milyon manat vəsait daxil olmuşdur ki, bu da proqnozla müqayisədə 1,6 milyon manat və ya 0,3 faiz azdır.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 7 milyard 789,0 milyon manat məbləğində transfertə qarşı 3 milyard 550,0 milyon manat məbləğində transfert daxil olmuşdur. Hesabat dövründə dövlət büdcəsinə vergi, gömrük rüsumları və idxala vergi daxilolmalarında müşahidə olunan müsbət dinamika Azərbaycan Respublikasının Dövlət Neft Fondundan cari ilin doqquz ayı üzrə dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 4 milyard 239,0 milyon manat və ya 54,4 faiz az istifadə olunmasını şərtləndirmişdir.

2023-cü ilin yanvar-sentyabr ayları üzrə dövlət büdcəsinin gəlirləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları üzrə 2 milyard 359,3 milyon manat və ya 22,6 faiz çox, gömrük rüsumları və idxala vergi daxilolmaları üzrə 479,1 milyon manat və ya 11,3 faiz çox, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə 1,6 milyon manat və ya 0,3 faiz çox, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 4,7 milyon manat və ya 23,9 faiz çox, digər gəlirlər üzrə isə 177,3 milyon manat və ya 30,6 faiz az, Dövlət Neft Fondudan dövlət büdcəsinə transfert üzrə 2 milyard 992,0 milyon manat və ya 45,7 faiz az icra edilmişdir.

2023-cü ilin yanvar-sentyabr ayları üzrə dövlət büdcəsinin daxilolmalarının 59,5 faizi qeyri-neft/qaz sektoru üzrə daxilolmalar təşkil etməklə 13 milyard 130,8 milyon manat olmuşdur ki, bu da proqnozla müqayisədə 747,7 milyon manat və ya 6,0 faiz, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 1 milyard 531,0 milyon manat və ya 13,2 faiz çoxdur.

2023-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirlərində qeyri-neft/qaz sektoru üzrə daxilolmaların 56,5 faizini və ya 7 milyard 414,6 milyon manatını vergi daxilolmaları, 35,8 faizini və ya 4 milyard 706,6 milyon manatını gömrük rüsumları və idxala vergi daxilolmaları, 4,4 faizini və ya 582,2 milyon manatını büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 0,2 faizini və ya 24,4 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar, 3,1 faizini və ya 403,0 milyon manatını digər gəlirlər təşkil edir.

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 8 milyard 946,1 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 3 milyard 919,7 milyon manat və ya 30,5 faiz az (Dövlət Neft Fondundan nəzərdə tutulandan 2 milyard 992,0 milyon manat az vəsaitin daxil olması ilə əlaqədar), 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 1 milyard 855,6 milyon manat və ya 17,2 faiz azdır.

2023-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 60,3 faizi və ya 5 milyard 396,1 milyon manatı vergi daxilolmaları, 39,7 faizi və ya 3 milyard 550,0 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert təşkil edir. Neft-qaz sektoru vergi daxilolmalarının 62,6 faizi və 3 milyard 377,9 milyon manatı Şahdəniz qaz-kondensat yatağı üzrə mənfəət vergisi, 27,7 faizi və ya 1 milyard 494,4 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 9,7 faizi və ya 523,8 milyon manatı Azəri-Çıraq-Günəşli neft yatağı üzrə mənfəət vergisi təşkil edir.

Dövlət büdcəsinin xərcləri

2023-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin xərcləri 23 milyard 214,5 milyon manat və ya 9 aylıq proqnoza qarşı 0,6 faiz çox icra edilmişdir.

2023-cü ilin yanvar-sentyabr ayları ərzində dövlət büdcəsi xərclərinin 14 milyard 118,4 milyon manatı və ya 60,8 faizi cari xərclərə, 8 milyard 382,4 milyon manatı və ya 36,1 faizi əsaslı xərclərə, 713,7 milyon manatı və ya 3,1 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilmişdir.

2023-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin funksional təsnifatına görə səhiyyə xərcləri 106,8 faiz icra edilməklə 1 milyard 214,0 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 118,2 faiz icra edilməklə 3 milyard 214,1 milyon manat, təhsil xərcləri 97,6 faiz icra edilməklə 2 milyard 709,1 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 91,9 faiz icra edilməklə 2 milyard 486,3 milyon manat, kənd təsərrüfatı xərcləri 89,4 faiz icra edilməklə 676,9 milyon manat, iqtisadi fəaliyyət xərcləri 108,6 faiz icra edilməklə 6431,5 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri 91,3 faiz icra edilməklə 3 milyard 468,9 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 98,2 faiz icra edilməklə 1 milyard 753,0 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 88,0 faiz icra edilməklə 305,3 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 86,5 faiz icra edilməklə 202,4 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 82,9 faiz icra edilməklə 181,7 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərcləri 85,2 faiz icra edilərək 571,3 milyon manat təşkil etmişdir.

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri üzrə icraçılar tərəfindən verilmiş sifarişlər əsasında 3 milyard 741,0 milyon manat məbləğində (2022-ci ilin eyni dövrü ilə müqayisədə 1579,1 milyon manat və ya 1,7 dəfə çox) maliyyələşdirmə aparılmışdır ki, bu da cari ildə həmin məqsəd üçün nəzərdə tutulmuş illik xərclərin 77,9 faizinə bərabərdir.

Cari ilin doqquz ayında dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə icraçılar tərəfindən verilmiş sifarişlər əsasında 1 milyard 588,5 milyon manat məbləğində maliyyələşdirilmə həyata keçirilmişdir ki, bu da dövlət büdcəsində həmin məqsəd üçün nəzərdə tutulmuş illikxərclərin 59,7 faizini təşkil edir.

Ehtiyat fondları

2023-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsində ehtiyat fondlar üçün nəzərdə tutulmuş vəsaitdən müvafiq sərəncamlar əsasında 365,3 milyon manat (269,4 milyon manatı Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan, 95,9 milyon manatı isə dövlət büdcəsinin ehtiyat fondundan) ayrılmışdır. Həmin ayrılmış vəsaitin 205,7 milyon manatının maliyyələşməsi həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait ölkə ərazisində bir sıra avtomobil yollarının tikintisi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə və həyatını itirmiş şəxslərin ailə üzvlərinə müalicə və psixoloji dəstək xərcləri, İkinci dünya müharibəsində iştirakla bağlı birdəfəlik maliyyə yardımları, habelə beynəlxalq və ölkə səviyyəli tədbirlərin təşkili məqsədi ilə istifadə olunmuşdur.

Dövlət büdcəsinin ehtiyat fondundan Türkiyə Respublikasında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı yardımların daşınması və xilasetmə əməliyyatlarında iştirak xərcləri, “İşğaldan azad ediimiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramının icrasına nəzarət və hesabatlılıq Portalı"nın formalaşdırılması, Bakı və Gəncə şəhərlərində “Təhlükəsiz şəhər” sisteminin əhatə dairəsinin genişləndirilməsi, videonəzarət vasitələri olmayan ərazilərin kameralaşdırılmasının sürətləndirilməsi, süni intellekt əsaslı videoanalitika sistemlərinin yaradılması və bir sıra digər istiqamətlər üzrə xərclərin maliyyələşdirilməsi həyata keçirilmişdir.

İcmal büdcə

2023-cü ilin doqquz ayı ərzində icmal büdcənin gəlirləri 36 milyard 889,3 milyon manat olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyard 169,4 milyon manat və ya 24,1 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 25 milyard 898,4 milyon manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 328,8 milyon manat və ya 14,7 faiz çoxdur. İcmal büdcədə 10 milyard 990,9 milyon manat büdcə artıqlığı (profisit) yaranmışdır.

14.10.2023 09:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ