Rusiya bankının Azərbaycandakı törəməsinin kredit portfeli artıb, 8,6 milyon mənfəət əldə edib
Rusiya kapitallı "Bank VTB (Azərbaycan)" ASC 2023-cü ilin 9 ayını (yanvar-sentyabr) 8 milyon 643 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 9 milyon 570 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin düşməsinə əsasən mümükün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan qayıdan vəsaitin azalması səbəb olub.
FAİZ GƏLİRLƏRİ ARTIB
Marja.az-ın məlumatına görə, 2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "Bank VTB Azərbaycan"ın faiz gəlirləri 1 milyon 539 min manat və ya 8,3% artaraq 20 milyon 146 min manat təşkil edib. O cümlədə,n müştərilərə verilmiş kreditlərdən faiz gəlirləri 1 milyon 57 min manat və ya 6,7% artaraq 16 milyon 846 min manat olub.
2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "Bank VTB Azərbaycan"ın qeyri-faiz gəlirləri 5 milyon 433 min manat və ya 2 dəfə azalaraq 5 milyon 462 min manat olub. Qeyri-faiz gəlirlərinin azalmasının əsas səbəbi xarici valyutadan gəlirin (məzənnə dəyişməsi daxil olmaqla) 1,8 dəfə azalaraq 3 milyon 833 min manat təşkil etməsilə əlaqədardır.
2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "Bank VTB Azərbaycan"ın cəmi əməliyyat gəlirlərinin (faiz və qeyri-faiz gəlirlərinin) 3 milyon 894 min manat azalmasına qarşılıq, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 4 milyon 356 min manat azalıb. Xərclər gəlirlərdən daha çox azaldığı üçün Bankın əməliyyat mənfəətində artım baş verib.
2023-cü ilin 9 ayında "Bank VTB Azərbaycan"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 25 milyon 608 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 24 milyon 239 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 1 milyon 369 min manat təşkil edib. Mümükün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan 7 milyon 274 min manat da mənfəətə əlavə olunub. Beləliklə, "Bank VTB Azərbaycan" 2023-cü ilin 9 ayını 8 milyon 643 min manat manat manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin 9 ayında "Bank VTB Azərbaycan"ın cəmi əməliyyat gəlirləri 29 milyon 502 min manat, cəmi əməliyyat xərcləri 28 milyon 262 min manat, əməliyyat mənfəəti 1 milyon 240 min manat, ehtiyatlardan azad olan vəsait 8 milyon 330 min manat təşkil etmişdi.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
2023-cü ilin 9 ayında 2022-ci ilin sonu ilə müqayisədə "Bank VTB Azərbaycan"ın cəmi aktivləri 7 milyon 255 min manat və ya 3% azalaraq 231 milyon 238 min manat təşkil edib. Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) isə 24 milyon 485 min manat və ya 15,3% artaraq 184 milyon 260 min manata yüksəlib.
ƏN ÇOX BİZNES KREDİTLƏRi PORTFELİ BÖYÜYÜB
2023-cü ilin 9 ayında 2022-ci ilin sonu ilə müqayisədə "Bank VTB Azərbaycan"ın istehlak kreditləri portfeli 5 milyon 413 min manat artaraq 75 milyon 846 min manata, biznes kreditləri portfeli 11 milyon 311 min manat artaraq 61 milyon 497 min manata, ipoteka kreditləri portfeli 7 milyon 761 min manat artaraq 46 milyon 917 min manata qalxıb.
2023-cü ilin 9 ayında 2022-ci ilin sonu ilə müqayisədə "Bank VTB Azərbaycan"da cəmi depozitlər 23 milyon 12 min manat azalaraq 71 milyon 839 min manata geriləyib. Bunun səbəbi hüquqi şəxslərin və fiziki şəxslərin öz vəsaitlərini hesablarından götürərək digər məqsədləri üçün istifadə etmələridir.
MƏCMU KAPİTALI 82 MİLYON MANATDAN ÇOXDUR
30 sentyabr 2023-cü il tarixində "Bank VTB Azərbaycan" 82 milyon 272 min manat məcmu kapitala malik olub. Qeyd edək ki, Mərkəzi Bankın kommersiya banklarına qarşı minimal məcmu kapital tələbi 50 milyon manatdır.
Qeyd edək ki, "Bank VTB (Azərbaycan)" ASC-nin nizamnamə kapitalının 99.99%-i Rusiyanın "VTB Bank"ına məxsusdur.
Müştərilərin xəbərləri
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
15 saat əvvəl
Süd vəzi xərçənginə dəstək məqsədilə “GüclüSən” sığorta məhsulu təqdim olunub
-
-
16 saat əvvəl
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
-
16 saat əvvəl
Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı ®
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
-
17 saat əvvəl
Neft Fondu 9 ayda neft-qaz satışından 8 milyard manata yaxın gəlir əldə edib
-
17 saat əvvəl
Mərkəzi Bank sığorta agentinin lisenziyasını LƏĞV ETDİ – SƏBƏB AÇIQLANDI
-
17 saat əvvəl
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
- 18 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gömrükdən yükün maneəsiz keçirilməsi üçün pul almaqda ittiham olunan şəxs məhkəmə qarşısına çıxarılır
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Çindən Azərbaycana turist axını sürətlənib – Sentyabrda 28% artım
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlarla bağlı cinayət işi başlanıb – Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®

























