Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

24 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Diskontlu, Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac keçiriləcəkdir.

Marja.az xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaqdır. 

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Dövlət istiqrazının növü: Diskontlu, qısamüddətli dövlət istiqrazları 

Qiymətli kağızın ISIN kodu: AZ0101030093

Emissiya həcmi: 80 000 000 manat

Nominal dəyəri: 100 manat

İstiqrazların tədavül müddəti: 364  gün

Ödəmə tarixi: 22.10.2024

Anderrayter: Paşa Kapital İŞ QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

19.10.2023 16:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ