Rusiya Mərkəzi Bankı faizini daha da artırdı
Rusiya Mərkəzi Bankı gözlənilmədən uçot dərəcəsini illik 13%-dən 15%-ə qədər artırdı. Bu, ardıcıl dördüncü artımdır - Mərkəzi Bank sərt pul siyasətinə 2023-cü ilin iyulunda başlayıb və hətta bir dəfə növbədənkənar iclasda uçot dərəcəsini qaldırıb.Rusiya Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 2,00 faiz bəndi artırılaraq 13%-dən 15%-ə qaldırılması barədə qərar qəbul edib.
Marja.az xəbər verir ki, bazarlarda Rusiya Mərkəzi Bankının 1,00 bənd faiz artıracağı gözlənilirdi.
İyul ayından etibarən Rusiya Mərkəzi Bankı sürətlənən inflyasiya ilə mübarizə üçün uçot dərəcəsini artırmağa başlayıb. Rusiya Mərkəzi Bankı uçot dərəcəsini iyul ayında illik 7,5%-dən 8,5%-ə qaldırmışdır. Avqustda isə dollar 100 rubl həddini keçdikdən sonra növbədənkənar iclasda uçot dərəcəsini 3,50 bənd artıraraq 12%-ə çatdırmışdır. Sentyabrın 15-də keçirilən iclasda isə Rusiya Mərkəzi Bankının İdarə heyəti uçot dərəcəsini 1,00 faiz bəndi artıraraq illik 12%-dən 13%-ə yüksəltmişdir.
“Mövcud inflyasiya təzyiqi əhəmiyyətli dərəcədə artıb və Rusiya Bankının gözləntilərini üstələyir. Daxili tələbatın davamlı artması mal və xidmətlərin istehsalının artmasını getdikcə üstələyir. İnflyasiya gözləntiləri yüksək səviyyədə qalır. Kreditlərin artım tempi yüksək olaraq qalır. Fiskal siyasətin yeni ortamüddətli parametrlərinə əsaslanaraq, növbəti illərdə fiskal stimulun azalması əvvəllər gözlənildiyindən daha yavaş baş verəcək”, - Rusiya Mərkəzi Bankı press-relizində bildirir.
Tənzimləyici vurğulayır ki, siyasətin əlavə sərtləşdirilməsini təmin etmək və inflyasiyanı 2024-cü ildə 4%-lik hədəfə qaytarmaq lazımdır.
Rusiya Mərkəzi Bankı 2023-cü ilin sonuna inflyasiya proqnozunu əvvəllər gözlənilən 6-7% əvəzinə 7-7,5%-ə qədər pisləşdirib.
“Mövcud pul siyasətini nəzərə alsaq, illik inflyasiya 2024-cü ildə 4,0-4,5%-ə düşəcək və gələcəkdə 4%-ə yaxın olacaq”, - tənzimləyici hesab edir.
Yığıncaqdan bir həftə əvvəl inflyasiya yenidən sürətlənib: oktyabrın 17-dən oktyabrın 23-dək olan həftədə əvvəlki həftə ilə (6,38%) müqayisədə 6,59% təşkil edib. Bu, Mərkəzi Bankın 2023-cü ilin sonuna qədər inflyasiyanın 6-7% olacağını nəzərdə tutan əvvəlki proqnoz diapazonunun yuxarı həddinə yaxındır.
Rusiya Mərkəzi Bankınının bugünkü qərarı bazar üçün nisbətən gözlənilməz olub- demək olar ki, bütün analitiklər 2 faiz bəndi deyil, 1 faiz bəndi, yəni 13 faizədək artım gözləyirdilər.
Eyni zamanda, Rubl, oktyabr ayında hökumətin ixracatçılar tərəfindən valyuta gəlirlərinin məcburi satışı ilə bağlı qərarı fonunda əsas valyutalara nisbətən bahalaşıb: ayın əvvəlində bir dollar 100 rubldan yuxarı ticarət olunurdu, bu gün 94 rubldan aşağıdır. Lakin həm ekspertlər, həm də Rusiya Bankının makro sorğusunun iştirakçıları 2024-cü ildə və sonrakı illərdə daha ucuz rubla mərc edirlər.
Əgər Mərkəzi Bankın atdığı addımlar öz təsirini göstərsə və inflyasiya tendensiyası zəifləsə, o zaman növbəti iclasda (dekabrın 15-nə planlaşdırılan) Rusiya Mərkəzi Bankı uçot dərəcəsini artırmaya bilər.
“İnflyasiyanın 2024-cü ildə hədəfə qayıtması və onun 4% ətrafında sabitləşməsi iqtisadiyyatda sərt monetar şəraitin uzun müddət saxlanılmasını nəzərdə tutur. Rusiya Mərkəzi Bankı inflyasiyanın hədəfə nisbətdə faktiki və gözlənilən dinamikasını, proqnoz üfüqdə iqtisadi inkişafı, habelə daxili və xarici şəraitdən asılı olan riskləri və maliyyə bazarlarının reaksiyasını nəzərə alaraq uçot dərəcəsi ilə bağlı növbəti qərarlarıb qəbul edəcək”, - deyə Mərkəzi Bankın yaydığı məlumatda vurğulanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
6 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
6 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
- 6 saat əvvəl
-
6 saat əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
7 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
Son Xəbərlər
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Ən çox oxunanlar
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı























