Bakıda keçirilən Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu çərçivəsində şagirdlərə sahibkarlığın ilkin sirləri öyrədilib
“Gələcək sahibkarların hazırlanması” adlı tədbirdə şagirdlər xarici ekspertlər və yerli sahibkarlar tərəfindən biznes fəaliyyəti barədə məlumatlandırılıb.Növbəti Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu (SME World Forum 2023) Bakıda keçirilir.
İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB) təşkilatçılığı ilə Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində keçirilən tədbirin məqsədi kiçik və orta biznesin dəstəklənməsi və inkişafı sahəsində ən yaxşı təcrübənin öyrənilməsi, institusional tərəfdaşlığın genişləndirilməsi, maraqlı tərəflər arasında əməkdaşlıq üçün yeni imkanların müəyyən edilməsi, gənc sahibkarlığın təşviqi, eləcə də Azərbaycanın əlverişli biznes mühitini və potensial investisiya imkanlarını geniş auditoriyaya tanıtmaqdır.
13-16 noyabr tarixlərində keçiriləcək forum çərçivəsində bir sıra silsilə tədbirlər təşkil olunacaqdır.
Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu çərçivəsində ilk tədbir noyabrın 14-də “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”ndə keçirilib. "Gələcək sahibkarların hazırlanması” adlı tədbirdə KOBİA, ICSB və “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”nin nümayəndələri, 6 və 9-cu sinif şagirdləri, sahibkarlar iştirak ediblər.
Şagirdlərə sahibkarlığın ilkin sirlərini öyrətmək məqsədilə təşkil olunan tədbir yenilikçi təhsil tədbirlərindən hesab olunur. Gələcəyin biznes liderlərinin hazırlanması üçün vacib elementləri özündə birləşdirən tədbir çərçivəsində ICSB ekspertləri tərəfindən şagirdlərə sahibkarlığın əsas anlayışları, o cümlədən marketinq, qiymət və müştərilərlə davranış barədə zəruri məlumatlar verilib. Sahibkarlıq fəaliyyətinin simulyasiya edildiyi tədbirdə həmçinin şagirdlər şərti pullardan istifadə etməklə ticarət edib, real işgüzar münasibətlərin qurulması və maliyyənin idarə edilməsini təcrübədən keçiriblər.
Tədbirdə “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”nin, “Landau məktəbi”nin, “Evrika liseyi”nin, “Azərbaycan Britaniya Kolleci”nin və “Bakıda Britaniya Məktəbi”nin 100-ə yaxın şagirdi iştirak edib.
Sonda proqramı uğurla başa çatdıran şagirdlərə ICSB tərəfindən sertifikatlar verilib.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
2 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
2 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 3 saat əvvəl
-
3 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























