"InMerge İnnovasiya Sammiti"nin ikinci günündə iştirakçıları nələr gözləyir?
“PAŞA Holding”in təşkilatçılığı ilə keçiriləcək “InMerge İnnovasiya Sammiti”nin ikinci günü də maraqlı anlarla dolu keçəcək.
Belə ki, tədbirin ikinci günündə qonaqlar elektron ticarət və rəqəmsallaşma sahələri ilə bağlı mövzuları müzakirə edəcək, həmçinin təlimlərə və startap sessiyalarına qoşulmaq şansı əldə edəcəklər.
Elektron ticarət vertikalı daha öncə “Amazon” və “Intel” kimi şirkətlərdə çalışmış Paul Misener-in təqdimatı ilə start götürəcək. O, öz təqdimatında uğurlu elektron ticarətin sirlərini iştirakçılarla bölüşəcək.
Daha sonra “KazanExpress”in həmtəsisçisi Kevin Khanda, “Pinemelon.com” və “Arbuz” şirkətlərinin qurucusu Alexey Lee və “Trendyol”un Azərbaycandakı baş meneceri İrem Çağrı Yılandil sektorun ən son trendlərindən söz açacaq.
Rəqəmsallaşma vertikalının açılışını isə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr əvəzi İnarə Vəliyeva edəcək.
Onun çıxışından sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müşaviri Rəşad Bayramovun moderatorluğunda rəqəmsal dünyanın gələcəyi haqda diskussiya baş tutacaq. Bu müzakirəyə KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov da qatılacaq.
Qeyd etdiyimiz kimi, sammitin ikinci günündə də startaplar öz ideyalarını investorlara və tədbirə qatılan hər kəsə təqdim edəcəklər. İkinci günün təlimi isə məşhur TED spikeri Michael Ringel-in rəhbərliyində olacaq.
Sammit iştirakçıların rahatlığını nəzərə alaraq "Brella" platformasından istifadəni də təmin edib. Belə ki, bu tətbiq vasitəsilə sammitə qatılacaq hər kəs gündəliklə yaxından tanış olmaq, digər qonaqlarla görüşlər təyin etmək və tədbir boyunca yeniliklərdən xəbərdar olmaq kimi imkanlar əldə edəcəklər. "InMerge İnnovasiya Sammiti"ndə iştirak etmək üçün elə indi rəsmi veb-sayta — www.inmerge.az ünvanına keçid edərək biletləri endirimli qiymətə ala bilərsiniz.
HƏMÇİNİN OXU: Regionun ən böyük innovasiya sammitinin ilk günündə hansı mövzular müzakirə olunacaq?
"PAŞA Holding" sözügedən sammiti təşkil etməklə ölkədə innovasiya ekosisteminin inkişafına dəstək göstərməyi hədəfləyir. Şirkət bu günə kimi dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə birgə yerli startaplar üçün inkişaf və keryera məsləhətləri proqramları elan etmiş, texniki sahələr üzrə təhsil alan tələbələrə təqaüdlər vermiş, hətta onların dünyanın önəmli innovasiya tədbirlərində iştirakını təmin etmişdir. Bunlarla yanaşı, "PAŞA Holding" qeyd olunan sahələrdə mentorların yetişdirilməsini də dəstəkləyir və yerli inkubasiya, akselerasiya və vençur mərkəzlərinə dəstək olur. Xatırladaq ki, ölkədə ilk vençur kapital fondu və kibertəhlükəsizlik məktəbi də məhz "PAŞA Holding"in dəstəyi ilə fəaliyyətə başlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
9 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
10 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























