Dollar/Türk Lirəsində yeni rekord
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) faiz qərarından sonra Dollar/TL məzənnəsində baş verən dalğalanmanın ardından həftənin son ticarət günündə yeni rekord səviyyə sınaqdan keçib.ABŞ Dolları/Türk Lirəsi (TL) məzənnəsi yeni rekord səviyyəni test edib.
Marja.az xəbər verir ki, həftənin son ticarət günündə Dollar/TL məzənnəsi 28,91 səviyyəsini keçib. Daha sonra banklararası bazarın açılması ilə məzənnə 28,87 səviyyəsində sabitləşib.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) gözləntiləri üstələyən faiz qərarından sonra məzənnədə dalğalanma baş verib. Qərardan sonra məzənnə 28,60 səviyyəsini test etmişdi.
Son bir ayda məzənndə artım 2,5 faiz təşkil edib. 2023-cü ildə məzənnədə artımı 54,4 faizə çatıb (Lirə 54,4% ucuzlaşıb).
Dünən TCMB uçot faiz dərəcəsini 5 bənd artıraraq 40 faizə çatdırıb. Qurumların proqnozu faiz dərəcəsinin 2,50 bənd artırılaraq 37,50 faizə yüksəldiləcəyi idi.
TCMB faizin artırılması prosesinin tezliklə tamamlanacağını bəyan edib.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
11 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
12 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 12 saat əvvəl
-
12 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 12 saat əvvəl
-
13 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 13 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı

























