Sığorta şirkəti robotizasiya planlaşdırır, əməkdaşlarını rutin işlərdən uzaqlaşdıracaq
"PAŞA Sığortanın gələcək üçün planladığı əsas təşəbbüslərdən biri proseslərin robotizasiyasıdır. Bu layihədə əsas hədəf gündəlik görülən rutin işlərin avtomatlaşdırılmasıdır. Bu təşəbbüs sayəsində hüquq, maliyyə, sığorta iddiaları və sığorta proseslərinə dəstək departamentlərinin əməkdaşları rutin işlərdən uzaqlaşaraq daha yüksək prioritetli işlərə zaman ayıra biləcək".
Marja.az xəbər verir ki, bunu "PAŞA Sığorta" şirkətinin İdarə Heyəti sədrinin müavini Tural Əliyev bildirib.
O qeyd edib ki, Şirkətin gələcək hədəflərimizdən biri də partnyorlar ilə rəqəmsal ekosistemlərin qurulmasıdır: "Artıq bu sahədə bir çox addımlar atmışıq. İstər klinika və apteklər ilə, istərsə də avto servislər ilə şirkətimizin elektron sistemlərini inteqrasiya yolu ilə proseslərimizi avtomatlaşdırmaqla bərabər ekosistem daxili məlumat axını vasitəsilə müştərilərimiz üşün əlavə dəyərlər yaratmağı planlayırıq".
Tural Əliyev, "Müştərilərimiz artıq bizim bəzi məhsullarımızı bank mobil tətbiqləri vasitəsi ilə də əldə edə bilirlər" deyib və belə davam edib: "Gələcək hədəflərimiz bu kimi sığorta bazarından kənar mobil və digər rəqəmsal tətbiqlərə sığorta məhsullarını əlavə etməklə digər bazarların iştirakçıları ilə dijital partnyorluğumuzu artırmaqdır".
Tural Əliyev qeyd edib ki, rəqəmsallaşma həm biz, həm də bizim partnyorlarımız üçün geniş imkanlar yaradacaq, bir çox yeniliklərə qapı açacaq:
"Həmçinin bir sıra məhsullarımız da var ki, sizin üçün rəqəmsal rahatlığı təmin edir. Məsələn, kartınızı dələduzluqla pul çıxarılmasından, yaxud da fişinqdən sığortalaya bilərsiniz. Həmçinin bank kartlarınızın fiziki olaraq hər hansı formada zədələnməsini PAŞA Sığorta ilə təminat almaq mümkündür".
"PAŞA Sığorta" şirkəti zərərin qiymətləndirilməsi mərhələsində süni intellekt vasitəsilə avtomatik şəkildə, yəni insan müdaxiləsi olmadan dəyərləndirmə prosesini yekunlaşdırmağı hədəfləyir: "Bu funksionallıq istifadəyə verildikdən sonra zərərin təyin edilməsi prosesi daha da sürətlənəcək, bu da öz növbəsində müştəri məmnuniyyətinin artırılmasına dəstək göstərəcəkdir. Başqa sözlə, hadisənin qeydiyyatından sığorta ödənişinin əldə olunmasına qədər olan prosesi sığortalı müştərimiz tam rəqəmsal şəkildə yekunlaşdıra biləcək".
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
8 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
8 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 8 saat əvvəl
-
8 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 9 saat əvvəl
-
9 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























