Elektron Məhkəmə Sisteminə “SİMA İmza” ilə daxil olmaq imkanı yaradılıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan “SİMA İmza” dövlət qurumları üzrə tərəfdaş çevrəsini genişləndirməyə davam edir.
Ədliyyə Nazirliyi ilə aparılmış birgə işlər nəticəsində SİMA yeni nəsil rəqəmsal imzanın nazirliyə məxsus Elektron Məhkəmə Sisteminə inteqrasiyası uğurla tamamlanıb. Artıq vətəndaşlar e-mehkeme.gov.az portalında şəxsi kabinetinə digər giriş imkanları ilə yanaşı, “SİMA İmza” ilə də daxil ola bilərlər.
Elektron Məhkəmə Sisteminə “SİMA İmza” ilə giriş etmiş vətəndaşlara sistem üzrə bütün əməliyyatları onlayn qaydada həyata keçirmək imkanı təqdim olunur:
– İddia ərizəsi göndərmək;
– Apellyasiya və kassasiya şikayəti göndərmək;
– Mövcud olan işlər üzrə axtarış etmək;
– Məhkəmə sənədləri ilə tanış olmaq;
– Əlavə sənəd və müraciət göndərmək.
Qeyd edək ki, “SİMA İmza” ilə sistemə daxil olduqdan sonra sənədlərin imzalanması zamanı təhlükəsizlik üçün biometriya funksionallığından istifadə olunur. Biometriya funksionallığı imza edən şəxsin məhz imza sahibinin özü olub-olmadığını süni zəka və biometriya texnologiyası vasitəsilə dəqiqləşdirmək imkanı verir. Bu isə bir şəxsin başqa şəxsin imzasından sui-istifadə hallarının qarşısını alır.
“SİMA İmza” həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Yeni nəsil rəqəmsal imza ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır. Həmçinin “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma funksiyası istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.
Vətəndaşların bu imkanlardan faydalanmaq üçün “SİMA İmza” tətbiqini mobil cihaza yükləməsi və bir dəfə qeydiyyatdan keçməsi kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirəcək.
SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
5 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
6 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 6 saat əvvəl
-
6 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 6 saat əvvəl
-
6 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı




























