İcra başçısının fəaliyyətinə qiymət vermək üçün indeks
Caspian European Club-da komitə rəhbəri Mustafa Abbasbəyli Regional Daxili Məhsul İndeksinin yaradılmasını təklif edir.
“Marja” xəbər verir ki, Mustafa Abbasbəyli belə bir indeks sayəsində İcra başçılarının fəliyyətlərinə qiymət vermək mümkün olacaq.
“Hal-hazırda, iş adamları hər hansı bir fəaliyyətinə başlayarkən, həmçinin fəaliyyət göstərərkən müxtəlif bürokratik və digər əngəllərlə qarşılaşırlar. Bu isə öz növbəsində sahibkar üçün artıq, vaxt, enerji və maliyyə itkisi deməkdir.
Təklif edirəm ki, Azərbaycanın hər bir regionu üzrə Regional Daxili Məhsul (RDM) indeksi yaradılsın. Hər ilin sonu regionun İcra başçısının fəaliyyətinə, region üzrə istehsal edilmiş ümumi məhsulun həcminə uyğun qiymət verilsin. Bu halda İcra başçıları göstəricilərini yaxşılaşdırmaq məqsədi ilə rəqabətə girəcək və nəticə etibarı ilə sahibkarlara olan real dəstəkləri artacaq.
Belə bir təcrübə əksər inkişaf etmiş ölkələrdə, həmçinin yaxın qonşumuz Rusiyada mövcuddur”.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 12 d. sonra
-
14 d. əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
29 d. əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 35 d. əvvəl
-
50 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
57 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 1 saat əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı
























