OBA-da qiymətlər niyə ucuzdur? – müsahibə

“Biz bazarın sürətlə inkişaf edən və qiymətdə ucuz marketlər şəbəkəsiyik”
Bu sözləri "Marja"ya müsahibəsində son günlər sosial şəbəkələrdə sayının artma sürəti və ucuz qiymətinə görə müzakirələrə səbəb olmuş, əhali tərəfindən rəğbətlə qarşılanan OBA marketlər şəbəkəsinin rəhbəri Vüsal Əmrahov deyib.
Şirkətin direktoru oxucuları maraqandıran bir çox məqamlara toxunub və redaksiyamızın suallarına cavab verib.
- Vüsal bəy OBA marketin yaradılması zəruriyyəti haradan yarandı?
-Bilirsiz bugün dünya iqtisadiyyatına liderlik edən dövlətlər də müxtəlif vaxtlarda iqtisadi sahədə çətinliklərlə qarşılaşıblar. Onlar bu dövrlərdə əhalinin rifahını yaxşılaşdırmaq, ölkə iqtisadiyyatına dəstək vermək və yerli istehsalı təşviq etmək məqsədi ilə müxtəlif addımlar atıblar. Bildiyiniz kimi 2016-cı il dünyada iqtisadi böhranla yadda qaldı. Bu dövrdə biz ölkə iqtisadiyyatına dəstək vermək, əhalini daha ucuz qiymət və yüksək keyfiyyətli məhsullarla təmin etməyi düşündük. Dünya təcrübəsini öyrənməyə başladıq və hard-discount modelinin tətbiqini məqsədəuyğun hesab etdik.
-OBA marketlərin sürətlə yayılması sosial şəbəkələrdə gündəm yaradıb. Necə oldu ki, az bir vaxtda bu qədər filial aça bildiniz?
-Biz ilk OBA marketi Əhmədli metrosunun yaxınlığında açdıq. Qiymət ucuzluğu və məhsulların keyfiyyəti alıcıların böyük marağına səbəb oldu. Bundan başqa OBA marketlər şəbəkəsinin böyük bir komandası var. Biz bütün gücümüzlə, komanda şəklində çalışdıq. Ailə mühiti, kariyera yüksəlişi və işçilərimizin səyi bizi ölkənin ən çox filialı olan marketinə çevirdi. Təbii ki, istehlakçıların rəğbəti, onların güvəni və dəstəyi olmasa biz bu uğura imza ata bilməzdik. Bizim uğurumuzun əsas səbəbi müştərilərimizin rəğbətidir.
-OBA marketlərdə məhsullar digərlər marketlərə nisbətən 20 %-ə qədər ucuzdur. Bunun səbəbi nədir?
-OBA marketlər şəbəkəsində 600-ə qədər çeşiddə zəruri gündəlik tələbat malları – qida və qeyri-qida – satılmaqdadır. Qeyd etdiyiniz kimi OBA marketlərdə satılan məhsullar digər marketlərə nisbətən 20 %-ə qədər ucuzdur. Bunun əsas səbəbi istehlakçıya satılan məhsulların markalaşmadan, istehsalçıdan birbaşa istehlakçıya yönəldilməsidir. Yəni siz OBA marketdən alış-veriş edən zaman markalaşmış, əlavə reklam hesabına baha olan məhsulları reklam olunmayan adlarda ucuz, amma eyni keyfiyyətdə alırsınız. Bundan başqa OBA marketlər şəbəkəsi dünya praktikasını ölkəmizdə tətbiq edərək, məhsulları alıcılara rəflərdə öz qutularında təqdim edir, yəni məhsullar rəflərdə xüsusi olaraq düzülmür. Bu da satılan məhsulun qiymətinə əlavə işçilik haqqı faizlərinin gəlməsinin qarşısını alır. Eyni zamanda biz icarə haqqı aşağı olan yerləri seçirik. Bu da öz növbəsində qiymətə təsir edən amillərdəndir.
-Bəzən ucuz məhsullar keyfiyyətsiz təəsüratı yaradır. OBA marketdəsatılan məhsulların keyfiyyəti barədə nə deyə bilərsiniz?
-OBA marketlər şəbəkəsində satılan bütün məhsulların keyfiyyətli olması üçün istehsalçılardan zəmanət alırıq. İstənilən xırda istehsal problemi olduqda, bununla bağlı istehsalçılara ciddi xəbərdarlıq olunur, bəzən də bu sifarişlərin dayandırılması ilə nəticələnir.
Bundan başqa şirkətimizdə yaradılan keyfiyyətə nəzarət sistemi nəticəsində satılan məhsulların keyfiyyəti hər zaman diqqətdə saxlanılır, alıcılara kefiyyətdə və dadda digər markalardan geri qalmayan gündəlik tələbat məhsulları təqdim edilir. OBA marketin keyfiyyətə nəzarət şöbəsi istehsal prosesini daim nəzarətdə saxlayır.
OBA marketlər şəbəkəsinin müasir standartlara cavab verilən labaratoriyası mövcuddur, burada məhsullar satışa çıxarılmazdan öncə keyfiyyəti yoxlanılır. Məhsul istehsal olunduqdan sonra kor dadım yolu ilə istehlakçılar arasında sorğular keçirir və məhsulun keyfiyyəti ilə yanaşı dadının da yaxşı olmasından əmin olduqdan sonra satışa çıxarırıq. Biz öz ailəmiz üçün də alış-verişi OBA marketdən edirik. Bunu xüsusi olaraq qeyd etmək istəyirəm ki, biz öz uşaqlarımıza, ailəmizə aldığımız məhsulları OBA marketlərdə satırıq. Qeyd edim ki, OBA marketlərdə satılan məhşur brendlər də digər marketlərdən ucuz təklif olunur.
- OBA market milli iqtisadiyyatımıza dəstək olduğunu vurğuladınız. Bu dəstək nədən ibarətdir?
-Öncəliklə qeyd edim ki, hal-hazırda OBA marketlər şəbəkəsində ümumilikdə iki minə qədər işçi çalışır. Marketin yeni filiallarının açılması yeni iş yerləri deməkdir. Bundan başqa biz istehsal imkanları geniş olan, lakin dağıtımı həyata keçirə bilməyən sahibkarlıq müəssisələrini araşdırır, bu müəssisələrə sifarişlər verərək, öz markalarımız ilə məhsullar istehsal etdiririk. Beləliklə həm sahibkarlıq inkişaf edir, həm də əhali yerli, eyni zamanda keyfiyyətli məhsullarla təmin olunur.
-Vüsal bəy hal hazırda OBA marketlər şəbəkəsinin neçə filialı fəaliyyət göstərir və hədəfləriniz nədir?
-Hal-hazırda ölkəmizin müxtəlif yerlərində 400-ə qədər OBA market fəaliyyət göstərir. Marketimizin Bakı ilə yanaşı Sumqayıt, Xırdalan, Lənkəran, Cəlilabad, Masallı, Biləsuvar, Salyan, Neftçala, Gəncə, Şəmkir, Gədəbəy, Qazax, Ağastafa, Tovuz, Mingəçevir, Şirvan və digər rayonlarda filialları var. Hədəfimiz bütün Azərbaycanda filiallar açmaqdır. Biz daima bölgələrə səfərlər edir, yeni yerlər axtarırıq. Qarşımıza qoyduğumuz əsas məqsəd ölkəmizin hər yerində ucuz qiymətə keyfiyyətli məhsullar təqdim etməkdir. Təbii ki,OBA marketlər şəbəkəsinin sürətlə yayılması bəzi çətinliklər yaradır. Biz bu çətinliklərin aradan qaldırılması üçün səylə çalışırıq. Bizə çıxdığımız bu yolda dəstək oladuqları üçün bütün müştərilərimizə təşəkkür edirik.
Sonda isə bütün müştərilərimizdən xahiş edirik ki, hər hansı bir neqativ halla qarşılaşdıqlarında (012) 924 nömrəsi ilə əlaqə saxlayıb bizi məlumatlandırsınlar. İş üçün müraciət etmək istəyənlər, istehsal müəssisəsi olan sahibkarlar, icarə üçün yeri olan insanlar da bu nömrə ilə bizimlə əlaqə saxlaya bilərlər.
-Təşəkkür edirəm.
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 15 saat sonra
- 1 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
1 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
2 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
2 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
-
2 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
3 saat əvvəl
Azercell “Talassemiyasız həyat naminə!” proqramı çərçivəsində qanvermə aksiyası keçirib
-
4 saat əvvəl
Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq
-
4 saat əvvəl
Alibaba-nın səhmələrinin qiyməti son 4 ilin ən yüksək səviyyəsinə qalxıb
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Halal Biznes Forumu keçiriləcək - TARİX

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq
Ən çox oxunanlar

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır

Rasional liderlik, ənənəvi liderlik, xarizmatik liderlik

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
