Azərbaycanda elektron pulların buraxılmasına hazırlıq gedir
Noyabr ayında Azərbaycanda qüvvəyə minmiş “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun “Delving into the heart of fintech” seminarının iştirakçıları tərəfindən müzakirə olunub.
Azərbaycan Fintex Assosiasiyasının dəstəyi ilə SME Law hüquq şirkəti tərəfindən keçirilən seminarda beynəlxalq ekspertlər, yerli fintex bazarının iştirakçıları, Azərbaycan Mərkəzi Bankının və bir sıra digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Seminar iştirakçıları “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun müddəalarını təhlil edib, bütün yenilikləri və nüansları araşdırıb, oxşar məsələlərin tənzimlənməsi üzrə Avropa təcrübəsi ilə tanış olublar.
Azərbaycan Fintex Assosiasiyasından Marja-ya daxil olmuş məlumatda bildirilir ki, seminarda ən çox müzakirə olunan mövzulardan biri də Azərbaycanda elektron pulların istifadəyə verilməsi olub. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda Azərbaycan üçün iki yeni anlayış təqdim edilir: ödəniş təşkilatı və elektron pul təşkilatı. Bu strukturların işi xüsusi tənzimlənir və lisenziyalaşdırılır. Ödəniş təşkilatı tərəfindən həyata keçirilən bütün fəaliyyətlərlə yanaşı, elektron pul təşkilatı həmçinin elektron pulun emissiyası və onunla ödəniş əməliyyatlarının aparılması ilə məşğul ola bilər. Bundan əlavə, elektron pul təşkilatı, ödəniş təşkilatından fərqli olaraq, hüquqi şəxslər və fərdi sahibkarlar üçün cari hesab aça bilər.
Seminarda, həmçinin fintex şirkətləri vasitəsilə çirkli pulların yuyulmasına qarşı mübarizə məsələlərinə xüsusi diqqət yetirilib.
“Yeni qanun Azərbaycanın fintex bazarına bir sıra inqilabi dəyişiklik gətirib. Birincisi, ödəniş və elektron pul təşkilatları cari bank hesabları ilə eyni hüquqi qüvvəyə malik ödəniş hesabları aça biləcəklər. Həmçinin, yeni maliyyə strukturlarına ödəniş kartlarının buraxılması imkanı veriləcək. Əvvəllər bu yalnız banklar və milli poçt operatoru tərəfindən edilə bilərdi. Elektron pul təşkilatlarına və ödəniş təşkilatlarına sürətli pul köçürmələri həyata keçirmək hüququnun verilməsi də əlamətdardır”, – texnologiya hüququ sahəsində ekspert, "SME Law" şirkətinin idarəedici ortağı Ruslan Muxtarov çıxışında bildirib.
Seminar iştirakçıları “açıq bankçılıq” sisteminin imkanları və riskləri barədə də müzakirələr aparıblar.
“Azərbaycanda “açıq bankçılıq” konsepsiyasına uyğun olaraq AISP və PISP prinsiplərinin tətbiqinə başlanılıb ki, bu da Mülki Məcəlləyə və “Banklar haqqında” qanuna dəyişikliklərlə yanaşı, “bank sirri” rejiminin yumşaldılmasına gətirib çıxaracaq. Qanunda istehlakçıların hüquqlarının müdafiəsi məsələləri ilə bağlı ciddi tələblər qoyulub, o cümlədən fırıldaqçılıqla mübarizəyə aid xüsusi müddəalar tətbiq edilib. Ödəniş xidmətinin təminatçısı həm əməliyyatdan əvvəl, həm də əməliyyatdan sonra əməliyyat barədə müştərini məlumatlandırmalı, müəyyən hallarda genişləndirilmiş autentifikasiya texnologiyalarından istifadə etməlidir”, - deyə R.Muxtarov izah edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 23 saat sonra
-
- 17 d. əvvəl
-
41 d. əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
1 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
1 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
-
1 saat əvvəl
Xəzər sahilində yerləşən hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Tullantılar necə biznesə çevrilir? “Tullantıların biznesi” kitabı NƏŞR OLUNDU
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Kürdəmirdə “Bazarstore” açılır
İyunda Azərbaycanda orta maaş cüzi azalıb
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı























