Azərkosmosun teleportu “TIER 4” uyğunluq sertifikatını yeniləyib
Azərkosmosun teleportu “Dünya Teleport Assosiasiyası”nın (World Teleport Association - WTA) “Tier 4” uyğunluq sertifikatını yeniləyib.
Bu barədə Azərkosmos-un yaydığı məlumatda bildirilir.
Xatırladılıb ki, Azərkosmosun teleportu ilk dəfə 2020-ci ildə beynəlxalq “Tier 4” sertifikatına layiq görülüb. Bu o deməkdir ki, bu üç il ərzində Azərkosmosun teleport xidmətləri yüksək keyfiyyət və texnoloji baxımdan müasir tələblərə tam cavab verib. Bakı teleportunun “Tier 4” sertifikatını yeniləməsi müştərilərə göstərilən xidmətin keyfiyyət zəmanətidir. Sertifikatın yenilənməsi, həmçinin infrastruktur, avadanlıq və prosedurların beynəlxalq təşkilat tərəfindən audit olunması baxımından da dəyərli imkandır.
Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yerləşən Bakı teleportu peyklərdən alınan siqnalların izlənməsi və nəzarəti xidmətlərini təqdim edir. Bununla yanaşı, teleport həm də hostinq, yəni qlobal şirkətlərə məxsus yerüstü stansiyanın quraşdırılması, istismarı, saxlanması kimi xidmətləri də həyata keçirir. Geniş əraziyə malik, hazırda 20-yə yaxın anten ilə fəaliyyət göstərən Bakı teleportunun unikal və əlverişli mövqeyi qlobal şirkətlərin biznes məqsədli infrastrukturlarını Azərbaycanda quraşdırmağa əsas verir.
Qeyd edək ki, WTA-nın “Teleport Sertifikatlaşdırma Proqramı” teleport operatorlarına öz əməliyyat və xidmətlərinin keyfiyyətini sənədləşdirmək üçün obyektiv, şəffaf və beynəlxalq səviyyədə qəbul edilmiş metod təqdim edir. Eyni zamanda müştərilərə mümkün olan ən yaxşı teleportları, xidmət təminatçılarını və strateji tərəfdaşları seçmək üçün bir vasitədir. Hazırda dünyanın 75-dən çox teleport operatoru “Tier 4” sertifikatına malikdir.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
4 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
5 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 5 saat əvvəl
-
6 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























