ABB-nin gəlirlərində rekord – ÖLKƏNİN ƏN İRİ BANKI MALİYYƏ VƏZİYYƏTİNİ AÇIQLADI
"ABB" ASC (Azərbaycan Beynəlxalq Bankı) 2023-cü ili 322 milyon 270 min manat xalis mənfəətlə başa vurub. Bank 2022-ci ili 254 milyon 380 min manat xalis mənfəətlə bağlamışdı.
Beləliklə, ABB-nin xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 67 milyon 890 min manat və ya 26,7% artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanıb.
CƏMİ GƏLİRLƏRİ 1 MİLYARDI AŞIB
Marja.az xəbər verir ki, 2023-cü ildə ABB-nin cəmi əməliyyat gəlirləri 1 milyard manat səviyyəsini keçib. Belə ki, ötən il ABB-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 241 milyon 545 min manat və ya 31% artaraq 1 milyard 21 milyon 784 min manat, cəmi əməliyyat xərcləri isə (faiz və qeyri-faiz xərcləri) 145 milyon 672 min manat və ya 37,9% artaraq 530 milyon 481 min manat təşkil edib. Nəticədə, Bankın 483 milyon 891 min manat əməliyyat mənfəəti yaranıb.
100 MİLYON MANATA YAXIN MƏNFƏƏT VERGİSİ HESABLANIB
Ötən il "ABB" ASC 483 milyon 891 min manat əməliyyat mənfəətindən 62 milyon 497 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 99 milyon 124 min manat mənfəət vergisi hesablayıb.
FAİZ GƏLİRLƏRİ 200 MİLYON MANATA YAXIN ARTIB
Ötən il ABB-nin faiz gəlirləri 197 milyon 33 min manat artaraq 779 milyon 917 min manat, qeyri-faiz gəlirləri isə 44 milyon 513 min manat artaraq 241 milyon 868 min manat təşkil edib. Eyni zamanda, Bankın faiz xərcləri 43 milyon 191 min manat artaraq 134 milyon 947 min manat, qeyri-faiz xərcləri isə 102 milyon 481 min manat artaraq 395 milyon 534 min manat təşkil edib. Beləliklə, gəlirlərdəki artım əməliyyat mənfəətinin 95 milyon 672 min manat məbləğində artmasını təmin edib.
KREDİT PORTFELİ 5 MİLYARD MANATI AŞIB
"ABB" ASC 14 milyard manata yaxın cəmi aktivləri ilə Azərbaycanda ən böyük bankdır. 31 dekabr 2023-cü il tarixində Bank 13 milyard 668 milyon 242 min manat cəmi aktivlərə malik olub. Ötən il, ABB-nin cəmi aktivləri digər banklar və maliyyə institutlarındakı depozitlərin azaldılması ilə əlaqədar olaraq cüzi düşsə də, kredit portfeli 5 milyard manat səviyyəsini keçib. Belə ki, ABB-nin cəmi kredit portfeli 2023-cü ildə 2022-ci illə müqayisədə 1 milyard 518 milyon 189 min manat və ya 43% artaraq 5 milyard 48 milyon 772 min manata çatıb. O cümlədən, ABB-nin istehlak kreditləri portfeli 397 milyon 412 min manat artaraq 1 milyard 370 milyon 120 min manata, biznes kreditləri portfeli 866 milyon 678 min manat və ya 53% artaraq 2 milyard 504 milyon 615 min manata, ipoteka kreditləri portfeli 254 milyon 100 min manat və ya 26,7% artaraq 1 milyard 174 milyon 36 min manata çatıb.
BANKDA ƏHALİNİN ƏMANƏTLƏRİ ARTIB
ABB-də cəmi depozitlər hüquqi şəxslərin öz vəsaitlərindən istifadə etmələri ilə əlaqədar olaraq bir qədər azalsa da, fiziki şəxslərin depozitləri artıb. Belə ki, ötən il fiziki şəxslərin depozitləri 247 milyon 115 min manat və ya 13% artaraq 2 milyard 154 milyon 194 min manata yüksəlib. Hüquqi şəxslərin depozitləri isə 1 milyard 473 milyon 281 min manat və ya 16,9% azalaraq 7 milyard 241 milyon 992 min manata geriləyib.
BANKIN FAKTİKİ GÖSTƏRİCİLƏRİ NORMALARI XEYLİ ÜSTƏLƏYİR
31 dekabr 2023-cü il tarixində "ABB" ASC 1 milyard 570 milyon manat məcmu kapitala malik olub. 2023-cü ilin sonunda ABB-də I dərəcəli kapitalın adekvatlıq əmsalı 16,85% (sistem əhəmiyyətli banklar üzrə miniumum 6%), məcmu kapitalın adekvatlıq əmsalı 20,89% (sistem əhəmiyyətli banklar üzrə minimum 12%), Leverec əmsalı 9,13% (sistem əhəmiyyətli banklar üzrə minimum 5%) təşkil edib.
Müştərilərin xəbərləri
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
13 saat əvvəl
Süd vəzi xərçənginə dəstək məqsədilə “GüclüSən” sığorta məhsulu təqdim olunub
-
-
13 saat əvvəl
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
-
13 saat əvvəl
Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı ®
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
-
14 saat əvvəl
Neft Fondu 9 ayda neft-qaz satışından 8 milyard manata yaxın gəlir əldə edib
-
14 saat əvvəl
Mərkəzi Bank sığorta agentinin lisenziyasını LƏĞV ETDİ – SƏBƏB AÇIQLANDI
-
14 saat əvvəl
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
- 15 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gömrükdən yükün maneəsiz keçirilməsi üçün pul almaqda ittiham olunan şəxs məhkəmə qarşısına çıxarılır
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Çindən Azərbaycana turist axını sürətlənib – Sentyabrda 28% artım
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlarla bağlı cinayət işi başlanıb – Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
























