Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Azərbaycan Sənaye Bankı" ötən ili xalis mənfəət ilə bağlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycan Sənaye Bankı" ötən ili xalis mənfəət ilə bağlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycan Sənaye Bankı" ASC (ASB) 2023-cü il üzrə maliyyə nəticələrini açıqlayıb.

Marja.az xəbər verir ki, ASB 2023-cü ili 5 milyon 119 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ili 5 milyon 286 min manat xalis mənfəət ilə bağlamışdı.

Reklam_3_11

Beləliklə, ASB-nin xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 167 min manat və ya 3,2% azalıb. Xalis mənfəətin cüzi azalması aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan qayıdan vəsaitin azalması ilə əlaqədardır. Bankın cari fəaliyyətinin nəticəsini daha dolğun əks etdirən əməliyyat mənfəəti artıb.

CƏMİ GƏLİRLƏRİ ARTIB

Ötən il ASB-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 45 milyon 503 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 39 milyon 250  min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 6 milyon 249 min manat təşkil edib. Həmçinin aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan azad olan 180 min manat mənfəətə əlavə edilib. Bank 6 milyon 429 min manat vergilər ödənilənədək mənfəətindən 1 milyon 310 min manat mənfəət vergisi ödəyib.

Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə "Azərbaycan Sənaye Bankı"nın cəmi əməliyyat gəlirləri 35 milyon 611 min manat, cəmi əməliyyat xərcləri 30 milyon 368 min manat, əməliyyat mənfəəti 5 milyon 173  min manat təşkil etmişdi. Həmçinin aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan azad olan 1 milyon 132 min manat mənfəətə əlavə edilmişdi. Bank 6 milyon 305 min manat əməliyyat mənfəətindən 1 milyon 19 min manat mənfəət vergisi ödəmişdi.

"Azərbaycan Sənaye Bankı"nın faiz gəlirləri faiz xərclərindən daha çox artdığı üçün əməliyyat mənfəəti 1 milyon 76 min manat daha çox olub.

BANK CÜZİ DƏ OLSA BÖYÜYÜB

Ötən il ASB-nin cəmi aktivləri 1 milyon 627 min manat və ya 0,2% artaraq 31 dekabr 2023-cü il tarixində 749 milyon 248 min manata çatıb.

Ötən il Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 14 milyon 876 min manat və ya 6,2% artaraq 256 milyon 472 min manata yüksəlib. 

2023-cü ildə ASB-nin banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitləri 5 milyon 284 min manat arataraq 409 milyon 42 min manata yüksəlib.

Ötən il "Azərbaycan Sənaye Bankı"da depozitlər 8 milyon 972 min manat və ya 2% artaraq 458 milyon 647 min manata qalxıb.

31 dekabr 2023-cü il tarixində "Azərbaycan Sənaye Bankı" 109 milyon 117 min manat məcmu kapitala malik olub.

Qeyd edək ki, ASB-nin səhmdarları "Anadolu İnvestment Kompani" MMC (98,4252%), "Azərbaycan Sənaye Lizinq" MMC (0.5748%) və Leyla Gozal-dır (1,00%)

Azərbaycan Sənaye Bankı ASB
12.01.2024 17:53

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ