Qırmızı dənizdə gərginlik yükdaşıma qiymətlərini kəskin artırdı - 3 DƏFƏYƏ YAXIN BAHALAŞMA
Qırmızı dənizdəki geosiyasi gərginlik səbəbindən yükdaşıma qiymətləri 8 həftədir artmaqdadır. Drewry-nin World Container Index-də verilən məlumata görə, 40-lıq konteyner üçün qiymət noyabrın 30-da 1382 dollar səviyyəsində ikən, yanvarın 25-də isə 3964 dollara çatıb. Drewry's World Container Index bu həftə 5% artıb.Qırmızı dənizdə gərginlik yükdaşıma qiymətlərini artırıb.
Marja.az xəbər verir ki, İranın dəstəklədiyi Yəməndəki husilərin Qırmızı dənizdəki Babül-Məndəb boğazında İsrailə bağlı ticarət gəmilərinə qarşı başlatdığı hücumlardan sonra gəmiçilik şirkətləri yolu dəyişdikləri üçün müddət 10-14 günə qədər uzanıb. Bəzi gəmilərin səyahət müddətinin 20 günə qədər uzandığı bildirilir. İndi gəmilər Afrikanın cənubundakı Ümid burnundan keçən yoldan istifadə edirlər.
ABŞ və İngiltərənin liderliyi ilə husilərə qarşı təşkil edilən hücumlar və gəmiçilik şirkətlərinə bölgədən istifadə etməmələri tövsiyəsindən sonra Qırmızı dənizdə gəmi axını sürətlə azalır.
Qlobal ticarətin təxminən 12 faizinin həyata keçirildiyi və Aralıq dənizini Qırmızı dənizə birləşdirərək Avropa ilə Asiya arasında ən qısa marşrutu təqdim edən Süveyş kanalından keçidlər azalıb. Ümid burundan keçən gəmilərin səyahət müddətlərində və xərclərində artım olduğundan, yükdaşıma qiymətlərində də artım baş verib.
Dənizçilik üzrə araşdırma və məsləhət şirkəti "Drewry"nin Dünya Konteyner İndeksində verilən məlumata görə, 40-lıq konteynerin qiyməti noyabrın 30-da 1382 dollar səviyyəsində ikən, yanvarın 25-də 3 min 964 dollara çatıb.
Bu dövrdə yükdaşıma qiymətləri 186,8 faiz (2,9 dəfə) artıb. Yanvarın 25-nə olan məlumata görə, 40 futluq konteynerin yükdaşıma qiymətində illik artım 93,6 faizə çatıb. Qiymətlərdə bu həftə ərzində 5 faiz artım olub. Qiymətlər 8 həftədir yüksəlir.
Bu dövrdə yükdaşıma qiymətlərində ən yüksək artım 355,6% ilə Şanxay-Genuya xəttində baş verib. Şanxay-Rotterdam xəttində yükdaşıma qiymətləri eyni dövrdə 325,6 faiz, Şanxay-Nyu-York xəttində 139,7 faiz, Şanxay-Los-Anceles xəttində isə 120,4 faiz artıb.
Drewry's World Container Index-ə görə, 40 futluq konteynerin qiyməti 2022-ci ilin oktyabrından bəri ən yüksək səviyyəyə çatıb və pandemiyadan əvvəlki dövrdən 179 faiz yuxarıdır.
Babül-Məndəb boğazında ticarət həcmi 59,2 faiz azalıb
Qırmızı dənizdəki hücumlar gücləndikcə, dekabrın 16-dan etibarən gəmilərin hərəkəti azalmağa başlayıb.
Beynəlxalq Valyuta Fondu və Oksford Universitetinin yaratdığı PortWatch məlumat bazasına görə, Babül-Məndəb boğazında ticarət həcmi 21 yanvarda bitən həftədə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 59,2 faiz azalıb.
Bu dövrdə Süveyş kanalından keçən ticarətin həcmi 44 faiz azalıb. Ümid burnundan keçən ticarətin həcmi isə sözügedən 7 gündə 55,5% artıb.
Danimarkanın gəmiçilik və dünyanın ən böyük konteyner şirkəti "Maersk", İtaliya-İsveçrə müştərək müəssisəsi "Mediterranean Shipping Company", Almaniyanın "Hapag-Lloyd" gəmi şirkəti, Fransanın gəmiçilik şirkəti "CMA CGM "və Britaniyanın enerji şirkəti BP Qırmızı dəniz yolundan istifadəni dayandırıblar.
Danimarka tanker şirkəti "Torm" Qırmızı dənizin cənubundan bütün keçidlərini dayandırıb, enerji şirkəti "Shell" də Qırmızı dənizdən keçidlərini dayandırıb.
Nəhayət, Qətərin enerji şirkəti Qırmızı dənizdə davam edən vəziyyətlə əlaqədar mayeləşdirilmiş təbii qaz (LNG) gəmilərini Ümid burnu vasitəsilə avropalı alıcılara çatdırmaq qərarına gəlib. Şirkət dünən İspaniyanın enerji şirkəti Endesa-nın alacağı LNG yüklərinin çatdırılma müddətində 10-12 günlük gecikmə olacağını bildirib.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 6 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
11 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
11 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
11 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
12 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

























