Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Yeni “Xəzər körpüsü”— Azərbaycan və Qazaxıstan müqavilə imzalayıb

Bakı Limanında yeni yük terminalı yaradılması planlaşdırılır — sənəd imzalanıb. Azərbaycan və Qazaxıstandan Xəzər daşımalarını sürətləndirəcək layihə. Bakı Limanında intermodal terminal layihəsi — birgə müəssisə yaradılması nəzərdə tutulur. Xəzərdə yüksək tutumlu bərələrlə müntəzəm yükdaşımalar planlaşdırılır
AzVak-mobil_resmin_ustu_31
Yeni “Xəzər körpüsü”— Azərbaycan və Qazaxıstan müqavilə imzalayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

AZCON Holding-in icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana səfər çərçivəsində “Samruk-Kazyna” Milli Rifah Fondu İdarə Heyətinin sədri Nurlan Jakupovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

 AZCON Holding-in məlumatına görə, görüş zamanı Qazaxıstan və Azərbaycan arasında nəqliyyat-logistika əməkdaşlığının inkişafına yönəlmiş iki sənəd imzalanıb.

Reklam_3_11

İlk sənəd Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) və Qazaxıstanın “Samruk-Kazyna” Milli Rifah Fondu arasında yeni “Xəzər körpüsü” (“Super Ferry”) Transxəzər yeni nəsil bərə sisteminin yaradılması üzrə strateji əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən əməkdaşlıq müqaviləsidir.

Layihə Ələt və Kurık limanları arasında müasir, yüksək tutumlu bərələr vasitəsilə müntəzəm yükdaşımaların təşkilini, ixtisaslaşdırılmış terminalların inkişafını və vahid nəqliyyat-logistika sisteminin formalaşdırılmasını nəzərdə tutur. Əsas hədəflər dəniz keçidi və liman əməliyyatlarına sərf olunan vaxtın azaldılması, daşımaların etibarlılığının artırılması və Orta Dəhlizin rəqabət qabiliyyətinin gücləndirilməsidir. Bununla da layihə Xəzər hövzəsində nəqliyyat əlaqələrinin möhkəmləndirilməsinə və beynəlxalq yük axınları üçün daha dayanıqlı logistika imkanlarının yaradılmasına töhfə verəcək.

Bakı Beynəlxalq Dəniz Limanının ərazisində intermodal yük terminalının yaradılması istiqamətində əməkdaşlığın prinsiplərini müəyyən edən əsas şərtlər sənədi isə AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC və Qazaxıstanın “Қазақстан темір жолы” SC arasında imzalanıb.

Yeni terminalın yaradılması konteyner və digər yük axınlarının cəlb edilməsinə, liman və dəmir yolu əməliyyatları arasında inteqrasiyanın gücləndirilməsinə, eləcə də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə daşımaların səmərəliliyinin artırılmasına xidmət edəcək.

Layihə çərçivəsində terminalın əməliyyat və kommersiya fəaliyyətini həyata keçirəcək birgə müəssisənin yaradılması nəzərdə tutulur. Bu məqsədlə növbəti mərhələdə investisiya modelinin və maliyyələşdirmə şərtlərinin layihənin texniki-iqtisadi göstəriciləri əsasında dəqiqləşdirilməsi planlaşdırılır.

Eyni zamanda görüş zamanı korporativ idarəetmə və portfel şirkətləri arasında koordinasiya sahəsində təcrübə mübadiləsi aparılıb, Orta Dəhliz, dibdərinləşdirmə işləri, dəniz infrastrukturu layihələri üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

AZCON Holding Samruk-Kazyna Xəzər körpüsü Super Ferry Bakı Limanı intermodal yük terminalı Ələt limanı Kurık limanı Orta Dəhliz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Azərbaycan Dəmir Yolları Azərbaycan Qazaxıstan əməkdaşlığı bərə daşımala
02.11.2026 15:57
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19