Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Meşə torpaqlarının icarəsi ilə bağlı rüşvət ittihamı — direktor həbs edilib

Nazirlikdən daxil olan məlumatla cinayət işi başlanıb — iki vəzifəli şəxsə ittiham verilib. Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri həbsdə, meşəbəyi ev dustaqlığındadır
iç səhifə xəbər başlığı altı (mobil)_31
Meşə torpaqlarının icarəsi ilə bağlı rüşvət ittihamı — direktor həbs edilib
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən digər dövlət orqanları ilə birlikdə vəzifəli şəxslərin qanunsuz hərəkətlərinin qarşısının alınmasına qarşı mübarizə istiqamətində tədbirlərin görülməsi davam etdirilir.

Belə tədbirlərdən biri kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin Nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılaraq cinayət işi başlanıb.

İlkin istintaq-əməliyyat tədbirləri ilə 2025-2026-cı illərdə Nazirliyin Meşələrin İnkişafı Xidmətinin 7 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsində işləyən Fizulu Məmmədovun meşəbəyi vəzifəsində işləyən Vidadi Əsgərovla cinayət əlaqəsinə girərək meşə ərazisində torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib. 

Toplanmış sübutlar əsasında Fizuli Məmmədov və Vidadi Əsgərova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alınması) ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə Fizuli Məmmədov barəsində həbs, Vidadi Əsgərov barəsində isə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilməklə qanunsuz əməllərin tam dairəsinin və belə əməllərin törədilməsində iştirak etmiş digər təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcəkdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti Regional Meşə Təsərrüfatı Mərkəzi Fizuli Məmmədov Vidadi Əsgərov rüşvət ittihamı meşə torpaqlarının icarəsi korrupsiya Baş Prokurorluq həbs ev dustaqlığı
02.11.2026 15:45
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19