Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Oyun şirkətlərinə birbaşa satış imkanı yaradan İsrailin “Appcharge” şirkəti Azərbaycanda qeydiyyatdan keçib

“Appcharge” ƏDV-ni Azərbaycan büdcəsinə özü ödəyəcək. Bu o deməkdir ki, şirkət rəqəmsal xidmət təchizatçısı (qeyri-rezident) kimi ölkəmizdə rəsmiləşib. Bu sistem sayəsində Azərbaycan vətəndaşları həmin platformanın xidmət etdiyi oyunlardan alış-veriş edərkən tətbiq olunan ƏDV artıq banklar tərəfindən deyil, birbaşa şirkətin özü tərəfindən hesablanıb dövlət büdcəsinə ödənilir
AzVak-mobil_resmin_ustu_31
Oyun şirkətlərinə birbaşa satış imkanı yaradan İsrailin “Appcharge” şirkəti Azərbaycanda qeydiyyatdan keçib
iç səhifə xəbər şəkil altı (mobil)_32

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha bir beynəlxalq rəqəmsal xidmət təchizatçısı- “Appcharge Ltd.” vergi uçotuna alınıb. Şirkətin ƏDV məqsədləri üçün qeydiyyatı 2026-cı il noyabrın 1-dən qüvvəyə minib.

Qeyd edək ki, qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarına edilən ödənişlər üzrə ƏDV banklar tərəfindən tutulmur. Bu şirkətlər ƏDV-ni özləri hesablayır, bəyan edir və dövlət büdcəsinə ödəyirlər.

Bu o deməkdir ki, “Appcharge” şirkəti rəqəmsal xidmət təchizatçısı (qeyri-rezident) kimi ölkəmizdə rəsmiləşib. Bu sistem sayəsində Azərbaycan vətəndaşları həmin platformanın xidmət etdiyi oyunlardan alış-veriş edərkən tətbiq olunan ƏDV artıq banklar tərəfindən deyil, birbaşa şirkətin özü tərəfindən hesablanıb dövlət büdcəsinə ödənilir

Beynəlxalq rəqəmsal xidmət təchizatçılarının elektron qeydiyyat sisteminə qoşulması yeni vergi mexanizminin tətbiqində əldə olunan mühüm nəticələrdəndir. Dövlət Vergi Xidməti rəqəmsal iqtisadiyyatda müasir vergi inzibatçılığının və şəffaf biznes mühitinin inkişafı istiqamətində fəaliyyətini davam etdirir. Hazırda Azərbaycanda ƏDV qeydiyyatına alınmış rəqəmsal xidmət təchizatçılarının sayı 24-ə çatıb. Qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarının siyahısı ilə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində tanış olmaq mümkündür.

Appcharge Ltd, mobil oyun tərtibatçıları və naşirləri üçün birbaşa istehlakçıya (DTC - Direct-to-Consumer) satış və qlobal ödəniş platforması təqdim edən İsrail mənşəli beynəlxalq maliyyə texnologiyaları (FinTech) şirkətidir. 2022-ci ildə qurulan şirkətin baş ofisi Tel-Əvivdə yerləşir.

"Appcharge", mobil oyun yaradıcıları (studio və naşirlər) üçün nəzərdə tutulmuş, birbaşa istifadəçiyə satış etməyə imkan verən qlobal bir DTC (Direct-to-Consumer) ödəniş və monetizasiya platformasıdır. Mobil oyun şirkətlərinin Apple App Store və Google Play Store-un tətbiq daxili satınalmalar zamanı tutduğu %30-luq yüksək komissiyadan qaçmasına və oyunçulara birbaşa öz veb-saytları vasitəsilə oyun daxili əşyalar satmasına kömək edən bir sistemdir.

02.11.2026 16:01
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19