Haval avtomobillərində risk aşkarlanıb - Rusiyada 32 mindən çox avtomobil geri çağırılır
Avtomobilin geri çağırılmasının səbəbi: Sürücü oturacağının altındakı naqil qoşqu birləşdiricisinə nəmin daxil olması ehtimalı, ardınca elektrik naqillərində qısaqapanma və birləşdiricinin əriməsi ehtimalıdır. Bütün avtomobillərdə rütubətin daxil olma riskini aradan qaldırmaq üçün naqil qoşqu birləşdiricisi yenilənəcək.“Haval”ın Rusiya bazarındakı rəsmi nümayəndəsi olan “Haval Motor Manufacturing Rus” MMC 2022-ci il dekabrın 1-dən 27 dekabr 2023-cü il tarixinədək satdığı 32 156 avtomobili geri çağırır.
Marja.az xəbər verir ki, bu barədə Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyin ("Rosstandart") saytında məlumat verilib.
“Geri çağırma 2022-ci il dekabrın 1-dən 27 dekabr 2023-cü il tarixinədək satılan 32 156 Haval F7 və F7x modellərinə şamil edilir”, - deyə məlumatda bildirilir.
Avtomobillər - sürücü oturacağının altındakı naqillərin birləşdiricisinə nəmin daxil ola bilməsi, bunun birləşdiricinin əriməsinə və qısaqapanmaya səbəb ola bilməsi ehtimalına görə geri çağırılır.
"Bütün avtomobillərdə rütubətin daxil olma riskini aradan qaldırmaq üçün məftil qoşqu birləşdiricisi yenilənəcək" - deyə vebsaytda qeyd olunur.
"Rosstandart"ın bildirdiyinə görə, geri çağırılan avtomobillərin bütün sahibləri avtomobili təmir işləri üçün ən yaxın dilerlərə təqdim etmək zərurəti barədə məlumatlandırılacaqlar.
Təmir işləri pulsuz həyata keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 13 saat sonra
-
1 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















